https://sputnik.az/20230511/sanxay-emekdasliq-teskilati-nato-ile-muqayise-oluna-bilmez---bas-katib-454693535.html
Şanxay Əməkdaşlıq Təşkilatı NATO ilə müqayisə oluna bilməz - Baş katib
Şanxay Əməkdaşlıq Təşkilatı NATO ilə müqayisə oluna bilməz - Baş katib
Sputnik Azərbaycan
Baş katib bildirib ki, üzvlərin məqsədi təşkilat çərçivəsində əməkdaşlığı təşviq etmək, eləcə də öz inkişaf yolu ilə irəliləmək, regionda sülh, təhlükəsizlik... 11.05.2023, Sputnik Azərbaycan
2023-05-11T10:41+0400
2023-05-11T10:41+0400
2023-05-11T10:45+0400
şanxay əməkdaşlıq təşkilatı
dünya xəbərləri
şət
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1a/454135078_0:0:2970:1671_1920x0_80_0_0_7c053f6253063d51815480e15e1407bd.jpg
BAKI, 11 may — Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) NATO ilə müqayisə oluna bilməz, çünki birincinin əsas məqsədi əməkdaşlıqdır və onun prinsipləri qarşıdurma və üçüncü tərəflərə qarşı yönəlməyib. Bunu Təşkilatın baş katibi Çjan Min deyib. "Təşkilatın adından da görünür ki, ŞƏT-in əsas məqsədi əməkdaşlıqdır. Ona görə də onu NATO kimi bir təşkilatla müqayisə etmək doğru olmaz", - Çjan Min ŞƏT Xarici İşlər Nazirlərinin sammitinin yekunlarına dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, üzvlərin məqsədi təşkilat çərçivəsində əməkdaşlığı təşviq etmək, eləcə də öz inkişaf yolu ilə irəliləmək, regionda sülh, təhlükəsizlik, sabitlik, inkişaf və rifahın əldə olunmasına töhfə verməkdir. ŞƏT siyasi və hərbi təşkilat deyil. Təşkilat həmişə bloklara qoşulmamaq, qarşıdurma və üçüncü tərəflərə qarşı yönəlməmək kimi əsas prinsiplərinə sadiq qalıb. Bütün bunlar bizim xüsusiyyətlərimizdir və NATO kimi təşkilatlardan fərqlənir", - deyə Çjan Min bildirib. Hindistanın Qoa ştatında ŞƏT Xarici İşlər Nazirlərinin ikigünlük sammiti keçirilib. Hindistan ötən ilin sentyabrında ŞƏT qrupuna sədrlik edib və bu il ev sahibidir. ŞƏT-in üzvləri Rusiya, Hindistan, Çin, Pakistan və Mərkəzi Asiyanın dörd ölkəsi: Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1a/454135078_239:0:2970:2048_1920x0_80_0_0_9d8da3a48ac6aad5a43aabcfb5beb628.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
şanxay əməkdaşlıq təşkilatı, şət
şanxay əməkdaşlıq təşkilatı, şət
Şanxay Əməkdaşlıq Təşkilatı NATO ilə müqayisə oluna bilməz - Baş katib
10:41 11.05.2023 (Yenilənib: 10:45 11.05.2023) Baş katib bildirib ki, üzvlərin məqsədi təşkilat çərçivəsində əməkdaşlığı təşviq etmək, eləcə də öz inkişaf yolu ilə irəliləmək, regionda sülh, təhlükəsizlik, sabitlik, inkişaf və rifahın əldə olunmasına töhfə verməkdir.
BAKI, 11 may — Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) NATO ilə müqayisə oluna bilməz, çünki birincinin əsas məqsədi əməkdaşlıqdır və onun prinsipləri qarşıdurma və üçüncü tərəflərə qarşı yönəlməyib. Bunu Təşkilatın baş katibi Çjan Min deyib.
"Təşkilatın adından da görünür ki, ŞƏT-in əsas məqsədi əməkdaşlıqdır. Ona görə də onu NATO kimi bir təşkilatla müqayisə etmək doğru olmaz", - Çjan Min ŞƏT Xarici İşlər Nazirlərinin sammitinin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, üzvlərin məqsədi təşkilat çərçivəsində əməkdaşlığı təşviq etmək, eləcə də öz inkişaf yolu ilə irəliləmək, regionda sülh, təhlükəsizlik, sabitlik, inkişaf və rifahın əldə olunmasına töhfə verməkdir.
ŞƏT siyasi və hərbi təşkilat deyil. Təşkilat həmişə bloklara qoşulmamaq, qarşıdurma və üçüncü tərəflərə qarşı yönəlməmək kimi əsas prinsiplərinə sadiq qalıb. Bütün bunlar bizim xüsusiyyətlərimizdir və NATO kimi təşkilatlardan fərqlənir", - deyə Çjan Min bildirib.
Hindistanın Qoa ştatında ŞƏT Xarici İşlər Nazirlərinin ikigünlük sammiti keçirilib. Hindistan ötən ilin sentyabrında ŞƏT qrupuna sədrlik edib və bu il ev sahibidir. ŞƏT-in üzvləri Rusiya, Hindistan, Çin, Pakistan və Mərkəzi Asiyanın dörd ölkəsi: Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandır.