CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Proaktiv qaydada pensiya, müavinət, təqaüd təyin olunanların sayı açıqlanıb

© Sputnik / Murad OrujovAzərbaycan manatı, arxiv şəkli
Azərbaycan manatı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.05.2023
Abunə olmaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, onlardan 12,8 mini pensiya, 46 mini müavinət və təqaüd təyinatı olub
BAKI, 11 may — Sputnik. 2023-cü ilin yanvar-aprel ayları ərzində 58,8 min pensiya, müavinət, təqaüd təyinatı elektron sistem üzərindən proaktiv qaydada aparılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, onlardan 12,8 mini pensiya, 46 mini müavinət və təqaüd təyinatı olub.
Nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.
Həmin e-təyinat sistemləri vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq təyinatların e-sistem üzərindən avtomatik aparılmasına imkan verir (APA).
Qeyd edək ki, əmək pensiyasının minimum məbləği 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən olunub. Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2023-cü ilin 1 yanvar tarixindən bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.
Xəbər lenti
0