Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Patriarx Kirill Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

© Sputnik / Aleksandr Galperin / Mediabanka keçidПатриарх Московский и всея Руси Кирилл
Патриарх Московский и всея Руси Кирилл - Sputnik Azərbaycan, 1920, 11.05.2023
Abunə olmaq
Patriarx: Heydər Əlirza oğlu dövlətə xidmət etdiyi uzun illər ərzində özünü səmimi vətənpərvər və uzaqgörən siyasi xadim, xalqının rifahı naminə yorulmadan çalışan məsul və həssas rəhbər kimi göstərib.
BAKI, 11 may - Sputnik. Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Zati-aliləri, çox hörmətli İlham Heydər oğlu!
Sizi və rəhbərlik etdiyiniz respublikanın bütün sakinlərini əlamətdar yubiley – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ürəkdən təbrik edirəm.
Heydər Əlirza oğlu dövlətə xidmət etdiyi uzun illər ərzində özünü səmimi vətənpərvər və uzaqgörən siyasi xadim, xalqının rifahı naminə yorulmadan çalışan məsul və həssas rəhbər kimi göstərib. Həmçinin qeyd etmək sevindiricidir ki, ölkə onun rəhbərliyi ilə sosial və iqtisadi sahələrdə böyük dəyişikliklərə nail olmaqla yanaşı, həm də özünəməxsus xüsusiyyətlərini, ənənəvi mənəvi-əxlaqi dəyərlərə sadiqliyini qoruyub saxlaya bildi.
Sizin atanızın Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyasının dirçəlməsinə, dinlərarası dialoqun inkişafına, millətlərarası sülhün və vətəndaş barışığının yaradılmasına verdiyi böyük şəxsi töhfəni minnətdarlıqla qeyd etmək istəyirəm.
Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, bütün Azərbaycan xalqına isə firavanlıq və sülh arzulayıram".
Xəbər lenti
0