SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Məhərrəm İncə seçkilərə 3 gün qalmış namizədlikdən çəkilib

© AFP 2024 / ADEM ALTANMəhərrəm İncə
Məhərrəm İncə - Sputnik Azərbaycan, 1920, 11.05.2023
Abunə olmaq
Məhərrəm İncəyə aid olması iddia edilən qeyri-etik videolar, o cümlədən, 5 milyon dollarlıq birdəfəlik gəlir əldə etməsi haqqında məlumatlar yayılmışdı.
BAKI, 11 may — Sputnik. Türkiyənin "Məmləkət" partiyasının sədri Məhərrəm İncə prezidentliyə namizədlikdən imtina edib.
O, bu barədə qərarını keçirdiyi mətbuat konfransında açıqlayıb.
İncə qeyd edib ki, ona qarşı qarayaxma kampaniyası başladılıb.
"Namizədliyimi geri götürürəm, bunu ölkəm üçün edirəm", - o vurğulayıb.
Xatırladaq ki, Məhərrəm İncəyə aid olması iddia edilən qeyri-etik videolar, o cümlədən, 5 milyon dollarlıq birdəfəlik gəlir əldə etməsi haqqında məlumatlar yayılmışdı. Siyasətçi bütün bunların FETÖ tərəfindən provokasiya olduğunu bildirərək, dövləti bu məsələlər ilə bağlı lazımi araşdırmalar aparmağa çağırıb.
Xəbər lenti
0