https://sputnik.az/20230511/kv-taxil-muqavilesinin-uzadilmasi-barede-qerar-hele-qebul-edilmeyib-454728210.html
KİV: Taxıl müqaviləsinin uzadılması barədə qərar hələ qəbul edilməyib
KİV: Taxıl müqaviləsinin uzadılması barədə qərar hələ qəbul edilməyib
Sputnik Azərbaycan
Müqavilə üzrə danışıqlarda Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələri iştirak edəcək. 11.05.2023, Sputnik Azərbaycan
2023-05-11T23:56+0400
2023-05-11T23:56+0400
2023-05-11T23:56+0400
taxıl
dünya xəbərləri
saziş
müqavilə
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/07/19/444345162_0:159:3079:1890_1920x0_80_0_0_99a6113f391d1929b63854f47addf7a5.jpg
BAKI, 11 may — Sputnik. Taxıl müqaviləsinin uzadılması vaxtı ilə bağlı qərar hələ qəbul edilməyib. Bu barədə danışıqlarla tanış olan mənbə "RİA Novosti"yə məlumat verib. "Xeyr, heç bir qərar verilməyib. Bu gözləntilər haqqında bəyanat idi", - deyə agentliyin mənbəsi müqavilənin uzadılmasının vaxtı ilə bağlı sualı cavablandırarkən bildirib. Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirmişdi ki, Ankara sazişin müddətini daha 60 gün uzatmağa ümid edir. Kremlin sözçüsü Dmitri Peskov da öz növbəsində bildirib ki, Moskva İstanbulda taxıl sövdələşməsinə dair danışıqların perspektivlərindən danışmayacaq. Müqavilə üzrə danışıqlar çərşənbə günü - cümə axşamına planlaşdırılıb. Onlarda Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələri iştirak edəcək. Hələlik onun mayın 18-dən sonra uzadılması ilə bağlı heç bir qərar verilməyib. Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndə heyətləri 2022-ci il iyulun 22-də Qara Dəniz Taxıl Təşəbbüsünü imzalayıblar. Müqavilə Ukrayna taxılının, ərzaq məhsullarının və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Müqavilələrin müddəti bir neçə dəfə uzadılıb və bildirildiyi kimi, mayın 18-dək etibarlı olacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/19/444345162_173:0:2904:2048_1920x0_80_0_0_8ccae84626430b3c7f167226de555aec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
taxıl, saziş, müqavilə, rusiya
taxıl, saziş, müqavilə, rusiya
KİV: Taxıl müqaviləsinin uzadılması barədə qərar hələ qəbul edilməyib
Müqavilə üzrə danışıqlarda Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələri iştirak edəcək.
BAKI, 11 may — Sputnik. Taxıl müqaviləsinin uzadılması vaxtı ilə bağlı qərar hələ qəbul edilməyib.
Bu barədə danışıqlarla tanış olan mənbə "RİA Novosti"yə məlumat verib.
"Xeyr, heç bir qərar verilməyib. Bu gözləntilər haqqında bəyanat idi", - deyə agentliyin mənbəsi müqavilənin uzadılmasının vaxtı ilə bağlı sualı cavablandırarkən bildirib.
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirmişdi ki, Ankara sazişin müddətini daha 60 gün uzatmağa ümid edir. Kremlin sözçüsü Dmitri Peskov da öz növbəsində bildirib ki, Moskva İstanbulda taxıl sövdələşməsinə dair danışıqların perspektivlərindən danışmayacaq.
Müqavilə üzrə danışıqlar çərşənbə günü - cümə axşamına planlaşdırılıb. Onlarda Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələri iştirak edəcək. Hələlik onun mayın 18-dən sonra uzadılması ilə bağlı heç bir qərar verilməyib.
Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndə heyətləri 2022-ci il iyulun 22-də Qara Dəniz Taxıl Təşəbbüsünü imzalayıblar. Müqavilə Ukrayna taxılının, ərzaq məhsullarının və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Müqavilələrin müddəti bir neçə dəfə uzadılıb və bildirildiyi kimi, mayın 18-dək etibarlı olacaq.