Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Yaralı erməni hərbçilərinin sayı 4-ə çatıb

© SputnikErməni hərbçilər, arxiv şəkli
Erməni hərbçilər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.05.2023
Abunə olmaq
Məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.
BAKI, 11 may — Sputnik. Ermənistan-Azərbaycan şərti sərhədində baş verən silahlı toqquşma nəticəsində yaralanan erməni hərbçilərinin sayı 4-ə çatıb.
“Report” xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.
***
Azərbaycanla sərhəddə baş verən hərbi toqquşma zamanı Ermənistan silahlı qüvvələrinin 3 hərbçisi yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
"Saat 07:00-a olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin 3 hərbçisi yaralanıb ", - qurumdan bildirilib.
Qeyd edək ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.
Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb.
Ermənistan tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyətin gərginləşdirməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq növbəti dəfə atəşkəsi pozub.
Təxribat törədilən istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülüb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 11.05.2023
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
MN: "Ermənistan sərhəddə canlı qüvvə və döyüş texnikası cəmləşdirir"
Xəbər lenti
0