Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bu tarixdən tədris digər dillərdə aparılan bölmələrdə məktəb seçimi başlayır

© Sputnik / Murad OrujovBakıda məktəbdə dərs prosesi, arxiv şəkli
Bakıda məktəbdə dərs prosesi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.05.2023
Abunə olmaq
Nazirlik rəsmisi bu prosesin sentyabrın 14-dək davam edəcəyini bildirsə də, xüsusi olaraq vurğulayıb ki, bu o demək deyil ki, həmin tarixədək şagirdin müsahibədən keçiriləcəyi məktəbdə yer olacaq
BAKI, 11 may — Sputnik. İyunun 20-də tədris digər dillərdə aparılan bölmələrdə məktəb seçimi başlayır.
Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov deyib.
O bildirib ki, proses sentyabrın 14-nə qədər davam edəcək.
Nazirlik rəsmisi bu prosesin sentyabrın 14-dək davam edəcəyini bildirsə də, xüsusi olaraq vurğulayıb ki, bu o demək deyil ki, həmin tarixədək şagirdin müsahibədən keçiriləcəyi məktəbdə yer olacaq: "Burada sıxlıq və prioritet məsələsi var. Əsas prioritetlər sırasında başqa övladın həmin məktəbdə təhsil alması, yaxud valideynlərdən birinin orada işləməsi, eyni zamanda həmin ərazidə yaşamaq kimi nüanslar da yer alıb. Bu üç prioritetlərdən biri varsa seçim edən şagird həmin məktəbə qəbul edilir".
Elm və Təhsil Nazirliyi valideynlərə çağırış edib
Bundan başqa, nazirlik rəsmisi bildirib ki, birincə sinfə qəbul zamanı məktəb direktorunun hər hansı valideyndən "şirinlik" istəməsi qanun pozuntusudur: "Valideynlər hüquqlarını müdafiə etməlidir. Belə hallarla qarşılaşan valideynlər hüquq-mühafizə orqanlarına müraciət edə, eyni zamanda birbaşa nazirliyə və digər aidiyyəti qurumlara yazılı şəkildə şikayət göndərə bilərlər. Bu prosesdə bir-birimizə yardımçı olmalıyıq".
"Elektron sistem şagirdin qəbulu barədə sms göndərirsə, məktəbin bu məsələdə əsas rolu toplanılan sənədləri qəbul etməkdir. Bütün sənədlər qaydasındadırsa, məktəbin həmin uşağı qəbul etməmək kimi şansı yoxdur”, - deyə o əlavə edib.
Əkiz övladı olan valideynlərə məktəb seçimində tətbiq edilən güzəşt açıqlanıb
Nazirlik rəsmisi əkiz övladı olan ailələrə məktəb seçimindəki müəyyən güzəştlərdən də söz açıb, bildirib ki, valideynlərin bəzən ikinci övladının məktəb seçimində yer dolmuş kmi göstərilsə də, güzəşt tətbiq edilir: "Qeydiyyat prosesi eyni olsa da bu kimi hallarda istisnalar var".
Dərsliklərlə bağlı problemli məsələyə də aydınlıq gətirilib
O.Abbasov bildirib ki, məktəblərdə şagirdlərə yalnız dərsliklərdən tapşırıq verilməlidir. Onun sözlərinə görə, dərslikdə mövcud olan tapşırıqların elmi, metodiki və pedaqoji açıqlaması var: “Tapşırıqlar dərslikdə yoxdursa, deməli bu, tədris olunmamalıdır. Ümumilikdə, bütün məktəblərdə tədris dərsliklər üzərindən gedir. Dərsliklər də dövlət təhsil standartlarına uyğun hazırlanır”.
Xəbər lenti
0