DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Borrell: Qərb hərbi dəstəyini dayandırsa, Ukraynadakı münaqişə bitəcək

© AP Photo / Hadi MizbanAvropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Cozep Borrell
Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Cozep Borrell - Sputnik Azərbaycan, 1920, 11.05.2023
Abunə olmaq
Aİ diplomatiyasının rəhbərinin fikrincə, belə bir sülh Kiyevin müttəfiqlərini qane etməyəcək.
BAKI, 11 may — Sputnik. Kiyevin Qərb müttəfiqləri Ukrayna Silahlı Qüvvələrinə (USQ) hərbi dəstəyi dayandırmaqla Ukraynadakı münaqişəni tez bir zamanda həll edə bilərlər. Lakin belə bir sülh Avropanı qane etməyəcək.
Bunu Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Cozep Borrell bildirib.
İspaniyanın "Sexta" telekanalına müsahibəsində Borrell münaqişəni dərhal "Ukraynaya hərbi yardım göstərməyi dayandırıram və Ukrayna bir neçə gündən sonra təslim olacaq" bəyanatı ilə sonlandıra biləcəyini söyləyib.
Eyni zamanda, o bildirib ki, belə bir sülh Qərbin maraqlarına uyğun gəlmədiyi üçün Avropa İttifaqı Ukraynanı dəstəkləməyə davam edəcək.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xəbər lenti
0