https://sputnik.az/20230511/bir-ayda-qara-bazarda-deyeri-15-mln-manat-olan-narkotik-dovriyyeden-cixarilib---vdeo-454741567.html
Bir ayda "qara bazar"da dəyəri 15 mln manat olan narkotik dövriyyədən çıxarılıb - VİDEO
Bir ayda "qara bazar"da dəyəri 15 mln manat olan narkotik dövriyyədən çıxarılıb - VİDEO
Sputnik Azərbaycan
Həmin narkotiklərin ölkəyə gətirilməsini təşkil edən Tərlan Xasməmmədovun Beyləqan rayonu ərazisində İranla sərhədyanı bölgədə saxlanılıb 11.05.2023, Sputnik Azərbaycan
2023-05-11T20:30+0400
2023-05-11T20:30+0400
2023-05-11T20:30+0400
narkotik
cəmiyyət
beyləqan
narkotik maddələrin qanunsuz dövriyyəsi
qanunsuz dövriyyə
https://cdnn1.img.sputnik.az/img/07e7/05/0b/454726474_0:0:1200:676_1920x0_80_0_0_5ab7c1f63b86cb5415666255d27ec0c9.jpg
BAKI, 11 may — Sputnik. Baş Narkotiklərlə Mübarizə İdarəsi bir ay ərzində "qara bazar"da dəyəri 15 milyon manat olan 400 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Belə ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının çətin relyef şəraitində, gərgin əmək sərf edilərək həyata keçirdikləri birgə əməliyyat zamanı 160 kiloqram narkotik vasitənin (tərkibi psixotrop maddələrlə zənginləşdirilən 100 kiloqram marixuana və 60 kiloqram tiryək) qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısının alınması barədə ictimaiyyətə bir neçə gün əvvəl məlumat verilmişdi. Həmin narkotiklərin ölkəyə gətirilməsini təşkil edən Tərlan Xasməmmədovun Beyləqan rayonu ərazisində İranla sərhədyanı bölgədə saxlanılıb. Onun saxlanılması əməliyyatının görüntülərini təqdim edirik:Qeyd edək ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının 1 ay ərazində müxtəlif şərti adlar altında İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə narkotik vasitələr göndərən şəxslərin Azərbaycandakı dayaqlarına qarşı paytaxt və bölgələrdə keçirilən əməliyyatlar zamanı 49 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən "qara" bazardan dəyəri 15 milyon manat olan 400 kiloqram narkotik vasitə, psixotrop maddə, eləcə də 3 min 600 ədəd ekstazi və metadon həbi çıxarılıb. Silsilə əməliyyatlar zamanı İrandan Azərbaycana narkotik vasitələri qeyri-leqal yollarla göndərən "kanallar"a ciddi zərbə endirilib. Narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılmaları istiqamətində əməliyyatlar davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/0b/454726474_130:0:1197:800_1920x0_80_0_0_f0cdbfe74c05e0fe826a71ef25683759.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
narkotik, beyləqan, narkotik maddələrin qanunsuz dövriyyəsi, qanunsuz dövriyyə
narkotik, beyləqan, narkotik maddələrin qanunsuz dövriyyəsi, qanunsuz dövriyyə
Bir ayda "qara bazar"da dəyəri 15 mln manat olan narkotik dövriyyədən çıxarılıb - VİDEO
Həmin narkotiklərin ölkəyə gətirilməsini təşkil edən Tərlan Xasməmmədovun Beyləqan rayonu ərazisində İranla sərhədyanı bölgədə saxlanılıb
BAKI, 11 may — Sputnik. Baş Narkotiklərlə Mübarizə İdarəsi bir ay ərzində "qara bazar"da dəyəri 15 milyon manat olan 400 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Belə ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının çətin relyef şəraitində, gərgin əmək sərf edilərək həyata keçirdikləri birgə əməliyyat zamanı 160 kiloqram narkotik vasitənin (tərkibi psixotrop maddələrlə zənginləşdirilən 100 kiloqram marixuana və 60 kiloqram tiryək) qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısının alınması barədə ictimaiyyətə bir neçə gün əvvəl məlumat verilmişdi. Həmin narkotiklərin ölkəyə gətirilməsini təşkil edən Tərlan Xasməmmədovun Beyləqan rayonu ərazisində İranla sərhədyanı bölgədə saxlanılıb. Onun saxlanılması əməliyyatının görüntülərini təqdim edirik:
Qeyd edək ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının 1 ay ərazində müxtəlif şərti adlar altında İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə narkotik vasitələr göndərən şəxslərin Azərbaycandakı dayaqlarına qarşı paytaxt və bölgələrdə keçirilən əməliyyatlar zamanı 49 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən "qara" bazardan dəyəri 15 milyon manat olan 400 kiloqram narkotik vasitə, psixotrop maddə, eləcə də 3 min 600 ədəd ekstazi və metadon həbi çıxarılıb.
Silsilə əməliyyatlar zamanı İrandan Azərbaycana narkotik vasitələri qeyri-leqal yollarla göndərən "kanallar"a ciddi zərbə endirilib.
Narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılmaları istiqamətində əməliyyatlar davam etdirilir.