CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş Prokurorluq və DİN 20 il əvvəl baş verən qətl barədə məlumat yayıb

© Official website of President of Azerbaijan RepublicBaş Prokurorluq
Baş Prokurorluq - Sputnik Azərbaycan, 1920, 11.05.2023
Abunə olmaq
Faktla bağlı Ordubad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə başlanıb
BAKI, 11 may — Sputnik. Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Muxtar Respublikanın Daxili İşlər Nazirliyi, eləcə də Ordubad rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq-əməliyyat tədbirləri ilə Ordubad rayonunun Xurs kəndində qeyri-aşkar şəraitdə qəsdən adam öldürmə cinayəti müəyyən edilib.
Aparılan araşdırmalarla Ordubad rayonunun Xurs kənd sakini 1967-ci il təvəllüdlü Elman Tarverdiyevin 2003-cü ildə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bacısı Məlahət Tarverdiyeva qəsdən öldürərək yaşadığı evin həyətində basdırmasına əsaslı şübhələr müəyyən olunub.
Meyit basdırıldığı yerdən qazılaraq çıxarılıb və ekspertiza təyin edilərək müayinəsi aparılıb.
Faktla bağlı Ordubad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə başlanıb.
Hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəbər lenti
0