https://sputnik.az/20230511/azerbaycanda-kosmik-fealiyyetin-subyektleri-mueyyen-olunur-454735722.html
Azərbaycanda kosmik fəaliyyətin subyektləri müəyyən olunur
Azərbaycanda kosmik fəaliyyətin subyektləri müəyyən olunur
Sputnik Azərbaycan
Tərəflər arasında ayrı razılaşma nəzərdə tutulmayıbsa, kosmik obyektin III şəxslərə zərərvurma riski (üçüncü şəxslər qarşısında məsuliyyətin sığortası) kosmik... 11.05.2023, Sputnik Azərbaycan
2023-05-11T13:45+0400
2023-05-11T13:45+0400
2023-05-11T13:54+0400
kosmik
elm
qanun
"azərkosmos" açıq səhmdar cəmiyyəti
azərkosmos
https://cdnn1.img.sputnik.az/img/41043/65/410436576_0:0:2048:1153_1920x0_80_0_0_e18df1f06925f388a9aa09d72f8fbecb.jpg
BAKI, 11 may — Sputnik. Azərbaycanda yerüstü kosmik infrastrukturun istismarına lazımi şərait yaradılması üçün onların ətrafında Torpaq Məcəlləsinə uyğun olaraq xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq. Bu, Prezident İlham Əliyevin adından Milli Məclisə təqdim olunmuş, Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan "Kosmik fəaliyyət haqqında" qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, yerüstü kosmik infrastruktura aşağıdakılar aid edilir: - kosmik obyektlərin yerüstü idarəetmə mərkəzləri; - kosmik fəzada olan kosmik obyektlə telekommunikasiyanı təmin edən yer stansiyaları; - kosmik raket kompleksləri və vasitələri, kosmik obyektlərin uçuş və eniş poliqonları və platformaları, kosmik uçuşların yerüstü idarəetmə məntəqələri; - kosmik uçuşlara hazırlıq mərkəzləri; - kosmik obyektin saxlanc yerləri və sınaq məntəqələri; - kosmik fəaliyyət üçün zəruri olan digər yerüstü kosmik infrastruktur qurğular və vasitələr. Azərbaycanda kosmik obyektin III şəxslərə zərərvurma riski sığortalanacaq Azərbaycanda kosmik obyektin III şəxslərə zərərvurma riskinin sığorta və ya digər maliyyə təminatının məbləği Müqavilə əsasında irəli sürülən tələblərin ödənilməsi üçün istifadə ediləcək. Sənədə əsasən, kosmik obyektin III şəxslərə zərərvurma riski üzrə sığorta şəhadətnaməsinin şərtləri "Kosmik fəaliyyət haqqında" qanuna uyğun olaraq müəyyən edilir. Kosmik operatorlar və kosmik obyektlərin mülkiyyətçiləri kosmik obyektin üçüncü şəxslərə zərərvurma riski üzrə sığorta şəhadətnaməsinin şərtlərinə əməl etməlidirlər. Tərəflər arasında ayrı razılaşma nəzərdə tutulmayıbsa, kosmik obyektin III şəxslərə zərərvurma riski (üçüncü şəxslər qarşısında məsuliyyətin sığortası) kosmik obyektin mülkiyyətçisinin vəsaiti hesabına sığortalanır və ya sığorta əvəzinə maliyyə təminatı əldə olunur. Azərbaycanda kosmik fəaliyyətin subyektləri müəyyən olunur Azərbaycanda fiziki və hüquqi şəxslər, dövlət orqanları (qurumları) kosmik fəaliyyəti kosmik operator vasitəsilə həyata keçirəcəklər. "Kosmik fəaliyyət haqqında" qanun layihəsinə əsasən, kosmik fəaliyyətin həyata keçirilməsinə kosmik operatorla bağlanan müqavilə əsasında xarici kosmik operatorun cəlb edilməsinə yol verilir. Kosmik fəaliyyətin subyektləri beynəlxalq təşkilatların, xarici dövlətlərin və digər xarici şəxslərin kosmik obyektlərini və kosmik sənaye obyektlərini bu Qanunun məqsədləri üçün icarəyə, kirayəyə, əvəzsiz istifadəyə götürmək hüququna malikdirlər. Reyestrdə qeydiyyata alınmış kosmik obyektin digər dövlətin hava məkanında uçuşu Müqaviləyə və Azərbaycanın tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsasən tənzimlənir. "Azərkosmos" gəlirlərinin 90%-i xarici bazardan formalaşır “Azərkosmos” idarə heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında bildirib ki, əldə etdiyimiz gəlirlərin 90%-i xarici bazardan formalaşır: "Ötən 10 il ərzində yarım milyard manat gəlir əldə etmişik. Bu o deməkdir ki, 500 milyon manatdan çox gəlirlərimizin 90%-i dollar və avro ilə olub”. "Azərkosmos" Azərbaycanda peyklərin istehsalı infrastrukturunu formalaşdırmaq istəyir S.Əsədov bildirib ki, Azərbaycana kosmik texnologiyaların gətirilməsi və yeni texnologiyaların formalaşdırılması böyük əhəmiyyət kəsb edir: “Ölkəmizin 2030-cu ilə qədər kosmik baxışını işləyib hazırlamışıq. Yaxın müddətdə rəhbərliyə təqdim olunacaq. Ölkəmizin kosmik sahədə davamlı inkişafı üçün ölkəmizdə peyklərin istehsalı və testi kimi infrastruktur formalaşdırmaq istəyirik. Çünki bizim yerli mütəxəssislərimiz peyklərin idarə edilməsi ilə məşğuldurlar və öz bilik, bacarıqlarını yeni texnologiyalarda sınamaq istəyirlər” (APA).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41043/65/410436576_48:0:1921:1405_1920x0_80_0_0_7878fe3151e8887f99e6661a565e0c5e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kosmik, qanun, "azərkosmos" açıq səhmdar cəmiyyəti, azərkosmos
kosmik, qanun, "azərkosmos" açıq səhmdar cəmiyyəti, azərkosmos
Azərbaycanda kosmik fəaliyyətin subyektləri müəyyən olunur
13:45 11.05.2023 (Yenilənib: 13:54 11.05.2023) Tərəflər arasında ayrı razılaşma nəzərdə tutulmayıbsa, kosmik obyektin III şəxslərə zərərvurma riski (üçüncü şəxslər qarşısında məsuliyyətin sığortası) kosmik obyektin mülkiyyətçisinin vəsaiti hesabına sığortalanır və ya sığorta əvəzinə maliyyə təminatı əldə olunur
BAKI, 11 may — Sputnik. Azərbaycanda yerüstü kosmik infrastrukturun istismarına lazımi şərait yaradılması üçün onların ətrafında Torpaq Məcəlləsinə uyğun olaraq xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq.
Bu, Prezident İlham Əliyevin adından Milli Məclisə təqdim olunmuş, Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan "Kosmik fəaliyyət haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, yerüstü kosmik infrastruktura aşağıdakılar aid edilir:
- kosmik obyektlərin yerüstü idarəetmə mərkəzləri;
- kosmik fəzada olan kosmik obyektlə telekommunikasiyanı təmin edən yer stansiyaları;
- kosmik raket kompleksləri və vasitələri, kosmik obyektlərin uçuş və eniş poliqonları və platformaları, kosmik uçuşların yerüstü idarəetmə məntəqələri;
- kosmik uçuşlara hazırlıq mərkəzləri;
- kosmik obyektin saxlanc yerləri və sınaq məntəqələri;
- kosmik fəaliyyət üçün zəruri olan digər yerüstü kosmik infrastruktur qurğular və vasitələr.
Azərbaycanda kosmik obyektin III şəxslərə zərərvurma riski sığortalanacaq
Azərbaycanda kosmik obyektin III şəxslərə zərərvurma riskinin sığorta və ya digər maliyyə təminatının məbləği Müqavilə əsasında irəli sürülən tələblərin ödənilməsi üçün istifadə ediləcək.
Sənədə əsasən, kosmik obyektin III şəxslərə zərərvurma riski üzrə sığorta şəhadətnaməsinin şərtləri "Kosmik fəaliyyət haqqında" qanuna uyğun olaraq müəyyən edilir.
Kosmik operatorlar və kosmik obyektlərin mülkiyyətçiləri kosmik obyektin üçüncü şəxslərə zərərvurma riski üzrə sığorta şəhadətnaməsinin şərtlərinə əməl etməlidirlər.
Tərəflər arasında ayrı razılaşma nəzərdə tutulmayıbsa, kosmik obyektin III şəxslərə zərərvurma riski (üçüncü şəxslər qarşısında məsuliyyətin sığortası) kosmik obyektin mülkiyyətçisinin vəsaiti hesabına sığortalanır və ya sığorta əvəzinə maliyyə təminatı əldə olunur.
Azərbaycanda kosmik fəaliyyətin subyektləri müəyyən olunur
Azərbaycanda fiziki və hüquqi şəxslər, dövlət orqanları (qurumları) kosmik fəaliyyəti kosmik operator vasitəsilə həyata keçirəcəklər.
"Kosmik fəaliyyət haqqında" qanun layihəsinə əsasən, kosmik fəaliyyətin həyata keçirilməsinə kosmik operatorla bağlanan müqavilə əsasında xarici kosmik operatorun cəlb edilməsinə yol verilir.
Kosmik fəaliyyətin subyektləri beynəlxalq təşkilatların, xarici dövlətlərin və digər xarici şəxslərin kosmik obyektlərini və kosmik sənaye obyektlərini bu Qanunun məqsədləri üçün icarəyə, kirayəyə, əvəzsiz istifadəyə götürmək hüququna malikdirlər.
Reyestrdə qeydiyyata alınmış kosmik obyektin digər dövlətin hava məkanında uçuşu Müqaviləyə və Azərbaycanın tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsasən tənzimlənir.
"Azərkosmos" gəlirlərinin 90%-i xarici bazardan formalaşır
“Azərkosmos” idarə heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında bildirib ki, əldə etdiyimiz gəlirlərin 90%-i xarici bazardan formalaşır: "Ötən 10 il ərzində yarım milyard manat gəlir əldə etmişik. Bu o deməkdir ki, 500 milyon manatdan çox gəlirlərimizin 90%-i dollar və avro ilə olub”.
"Azərkosmos" Azərbaycanda peyklərin istehsalı infrastrukturunu formalaşdırmaq istəyir
S.Əsədov bildirib ki, Azərbaycana kosmik texnologiyaların gətirilməsi və yeni texnologiyaların formalaşdırılması böyük əhəmiyyət kəsb edir: “Ölkəmizin 2030-cu ilə qədər kosmik baxışını işləyib hazırlamışıq. Yaxın müddətdə rəhbərliyə təqdim olunacaq. Ölkəmizin kosmik sahədə davamlı inkişafı üçün ölkəmizdə peyklərin istehsalı və testi kimi infrastruktur formalaşdırmaq istəyirik. Çünki bizim yerli mütəxəssislərimiz peyklərin idarə edilməsi ilə məşğuldurlar və öz bilik, bacarıqlarını yeni texnologiyalarda sınamaq istəyirlər” (APA).