https://sputnik.az/20230511/abs-dovlet-departamenti-tbilisiye-xeberdarliq-edib-454733945.html
ABŞ Dövlət Departamenti Tbilisiyə xəbərdarlıq edib
ABŞ Dövlət Departamenti Tbilisiyə xəbərdarlıq edib
Sputnik Azərbaycan
Dövlət Departamentinin məlumatında qeyd olunub ki, Qərb ölkələri, o cümlədən ABŞ Rusiya təyyarələrinin öz hava məkanını keçməsinə qadağa qoyur. 11.05.2023, Sputnik Azərbaycan
2023-05-11T12:54+0400
2023-05-11T12:54+0400
2023-05-11T12:54+0400
abş dövlət departamenti
dünya xəbərləri
tbilisi
https://cdnn1.img.sputnik.az/img/07e5/03/04/426375392_0:160:3073:1888_1920x0_80_0_0_5f41a0bed6c920a9f400d4c30fe19bf7.jpg
BAKI, 11 may — Sputnik. ABŞ Dövlət Departamenti rəsmi Tbilisiyə Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpa olunacağı təqdirdə mümkün sanksiyalarla bağlı xəbərdarlıq edib. Bu barədə Dövlət Departamentinin Gürcüstandakı "Accent" nəşrinə verdiyi şərhində deyilir. "Qərb ölkələri, o cümlədən ABŞ Rusiya təyyarələrinin öz hava məkanını keçməsinə qadağa qoyur. Əgər Rusiya Federasiyası ilə Gürcüstan arasında birbaşa uçuşlar bərpa olunarsa, bu təyyarələrə xidmət göstərən Gürcüstan aviaşirkətlərinə qarşı sanksiyaların mümkünlüyü ilə bağlı narahatlıq yaradacaq", - Dövlət Departamenti bildirib. Vaşinqton hesab edir ki, Gürcüstanın Rusiya Federasiyası ilə münasibətlərini normallaşdırmasının vaxtı deyil. Xatırladaq ki, Rusiya mayın 10-da Gürcüstan vətəndaşları üçün 2000-ci ildən qüvvədə olan viza rejimini ləğv edib. Baxmayaraq ki, Gürcüstan 2012-ci ilin əvvəlində vizanı birtərəfli qaydada ləğv edib. Gürcüstanla Rusiya arasında diplomatik əlaqələr yoxdur, onlar 2008-ci ilin avqustunda, Moskva tərəfindən Abxaziyanın və Sxinvali regionunun (Cənubi Osetiya) müstəqilliyinin tanınmasından sonra kəsilib. Ölkələr arasında hava əlaqəsi 2019-cu ildə Moskva tərəfindən birtərəfli qaydada kəsilib. Buna səbəb Rusiya Federasiyası Dövlət Dumasının deputatı Sergey Qavrilovun Gürcüstan parlamentinin binasında görünməsindən sonra Tbilisidə keçirilən kütləvi etiraz aksiyaları olub.
tbilisi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/04/426375392_170:0:2901:2048_1920x0_80_0_0_4153a92a678901fb28df2890b56fe1fd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş dövlət departamenti, tbilisi
abş dövlət departamenti, tbilisi
ABŞ Dövlət Departamenti Tbilisiyə xəbərdarlıq edib
Dövlət Departamentinin məlumatında qeyd olunub ki, Qərb ölkələri, o cümlədən ABŞ Rusiya təyyarələrinin öz hava məkanını keçməsinə qadağa qoyur.
BAKI, 11 may — Sputnik. ABŞ Dövlət Departamenti rəsmi Tbilisiyə Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpa olunacağı təqdirdə mümkün sanksiyalarla bağlı xəbərdarlıq edib. Bu barədə Dövlət Departamentinin Gürcüstandakı "Accent" nəşrinə verdiyi şərhində deyilir.
"Qərb ölkələri, o cümlədən ABŞ Rusiya təyyarələrinin öz hava məkanını keçməsinə qadağa qoyur. Əgər Rusiya Federasiyası ilə Gürcüstan arasında birbaşa uçuşlar bərpa olunarsa, bu təyyarələrə xidmət göstərən Gürcüstan aviaşirkətlərinə qarşı sanksiyaların mümkünlüyü ilə bağlı narahatlıq yaradacaq", - Dövlət Departamenti bildirib.
Vaşinqton hesab edir ki, Gürcüstanın Rusiya Federasiyası ilə münasibətlərini normallaşdırmasının vaxtı deyil.
Xatırladaq ki, Rusiya mayın 10-da Gürcüstan vətəndaşları üçün 2000-ci ildən qüvvədə olan viza rejimini ləğv edib. Baxmayaraq ki, Gürcüstan 2012-ci ilin əvvəlində vizanı birtərəfli qaydada ləğv edib.
Gürcüstanla Rusiya arasında diplomatik əlaqələr yoxdur, onlar 2008-ci ilin avqustunda, Moskva tərəfindən Abxaziyanın və Sxinvali regionunun (Cənubi Osetiya) müstəqilliyinin tanınmasından sonra kəsilib. Ölkələr arasında hava əlaqəsi 2019-cu ildə Moskva tərəfindən birtərəfli qaydada kəsilib. Buna səbəb Rusiya Federasiyası Dövlət Dumasının deputatı Sergey Qavrilovun Gürcüstan parlamentinin binasında görünməsindən sonra Tbilisidə keçirilən kütləvi etiraz aksiyaları olub.