https://sputnik.az/20230510/qarabag-ve-serqi-zengezurda-asan-xidmet-merkezleri-fealiyyet-gosterecek---ulvi-mehdiyev-454702042.html
Qarabağ və Şərqi Zəngəzurda "ASAN" xidmət mərkəzləri fəaliyyət göstərəcək - Ülvi Mehdiyev
Qarabağ və Şərqi Zəngəzurda "ASAN" xidmət mərkəzləri fəaliyyət göstərəcək - Ülvi Mehdiyev
Sputnik Azərbaycan
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri bildirib ki, Qarabağda hazırda yeni kəndlər, şəhərlər, qəsəbələr salınır. 10.05.2023, Sputnik Azərbaycan
2023-05-10T21:28+0400
2023-05-10T21:28+0400
2023-05-10T21:28+0400
qarabağ
azərbaycan xəbərləri
asan
asan xidmət
qarabağ
zəngəzur
https://cdnn1.img.sputnik.az/img/42410/47/424104761_0:33:1340:787_1920x0_80_0_0_f92274866da8fbefc3fcd65abd4da30d.jpg
BAKI, 10 may — Sputnik. "Qarabağ və Şərqi Zəngəzurda "ASAN" xidmət mərkəzləri fəaliyyət göstərəcək". Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Qarabağda hazırda yeni kəndlər, şəhərlər, qəsəbələr salınır: "Qarabağda ermənilərin törətdikləri vandalizm göz önündədir. Orada Prezident İlham Əliyevin rəhbərliyi ilə ciddi infrastruktur layihələri həyata keçirilir. İnfrastruktur problemi həll edildikdən sonra Qarabağ və Şərqi Zəngəzurda "ASAN" xidmət mərkəzləri fəaliyyət göstərəcək". Xatırladaq ki, “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Prezidentinin 2012-ci il 13 iyul tarixli Fərmanına əsasən yaradılıb. “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42410/47/424104761_124:0:1217:820_1920x0_80_0_0_140eeb9261b7ae345b6c7164666fd845.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qarabağ, asan, asan xidmət, qarabağ, zəngəzur
qarabağ, asan, asan xidmət, qarabağ, zəngəzur
Qarabağ və Şərqi Zəngəzurda "ASAN" xidmət mərkəzləri fəaliyyət göstərəcək - Ülvi Mehdiyev
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri bildirib ki, Qarabağda hazırda yeni kəndlər, şəhərlər, qəsəbələr salınır.
BAKI, 10 may — Sputnik. "Qarabağ və Şərqi Zəngəzurda "ASAN" xidmət mərkəzləri fəaliyyət göstərəcək".
Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Qarabağda hazırda yeni kəndlər, şəhərlər, qəsəbələr salınır: "Qarabağda ermənilərin törətdikləri vandalizm göz önündədir. Orada Prezident İlham Əliyevin rəhbərliyi ilə ciddi infrastruktur layihələri həyata keçirilir. İnfrastruktur problemi həll edildikdən sonra Qarabağ və Şərqi Zəngəzurda "ASAN" xidmət mərkəzləri fəaliyyət göstərəcək".
Xatırladaq ki, “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Prezidentinin 2012-ci il 13 iyul tarixli Fərmanına əsasən yaradılıb.
“ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır.