https://sputnik.az/20230510/pasinyanin-musaviri-nemezis-abidesinin-ucaldilacagindan-xeberdar-imis-454698705.html
Paşinyanın müşaviri "Nemezis" abidəsinin ucaldılacağından xəbərdar imiş
Paşinyanın müşaviri "Nemezis" abidəsinin ucaldılacağından xəbərdar imiş
Sputnik Azərbaycan
Nemezis" abidəsinin qoyulmasını yanlış hesab edən Ermənistanın Baş naziri Nikol Paşinyanın müşaviri deyib ki, "bu faktı" dərsliklərdən çıxarmağa onları heç kəs... 10.05.2023, Sputnik Azərbaycan
2023-05-10T20:05+0400
2023-05-10T20:05+0400
2023-05-10T20:05+0400
nikol paşinyan
siyasət
ermənistan
irəvan
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1a/454135892_0:0:3072:1728_1920x0_80_0_0_981ca1572669ac4c1be7e1b906586b52.jpg
BAKI, 10 may — Sputnik. İrəvanda Nemezis abidəsinin ucaldılacağından xəbərdar idim, ancaq bu barədə Baş nazirə deməmişəm. Bunu Ermənistan Baş nazirinin müşaviri Qraçya Sarqsyan deyib. Sarkisyan bildirib ki, "Nemezis" tarixi faktdır və bu fakt qeydə alınıb: "İndi Türkiyə bizi bu faktı dərsliklərimizdən çıxarmağa məcbur edə bilərmi? Bu sadəcə gülməlidir! Onlar ölkəmizin daxili işlərinə qarışmamalıdırlar", - deyə Sarqsyan Nemezis"lə bağlı danışarkən deyib. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan "Azadlıq" radiosuna müsahibəsində deyib ki, "Nemezis" abidəsi məsələsində qərar yanlış olub. "Bəli, bu bizim komandadır. Bu qərarı hökumət verməyib və demokratiyanın çatışmazlıqlarından biri odur ki, hökumət və ya hökumət başçısı heç də hər şeyə, hər kəsə nəzarət etmir. Mənim fikrimi bilmək istəyirsinizsə, o zaman hesab edirəm ki, yanlış qərar verilib və bu qərarın icrası da yanlış olub", - deyə Paşinyan bildirib. Qeyd edək ki, aprelin 25-də Ermənistanın paytaxtı İrəvan şəhərində "Nemezis" terror əməliyyatına həsr olunan abidənin açılıb. Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanda "Nemezis" terror əməliyyatına həsr olunan abidənin açılması ilə əlaqədar bəyanatında bildirilib ki, bu abidənin Ermənistanın aidiyyəti dövlət qurumlarının icazəsi və təsdiqi ilə hazırlanması, habelə açılış mərasimində hakim partiyanın üzvü olan Ermənistan merinin müavini və digər rəsmilərin də iştirak etməsi Ermənistan tərəfindən terrorçuluq siyasətinin təşviq olunması və tarix boyu həyata keçirdiyi terror əməllərinin təbliğatıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1a/454135892_145:0:2876:2048_1920x0_80_0_0_6b90abee642d4b2acb463c8298931227.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
nikol paşinyan, ermənistan, irəvan
nikol paşinyan, ermənistan, irəvan
Paşinyanın müşaviri "Nemezis" abidəsinin ucaldılacağından xəbərdar imiş
Nemezis" abidəsinin qoyulmasını yanlış hesab edən Ermənistanın Baş naziri Nikol Paşinyanın müşaviri deyib ki, "bu faktı" dərsliklərdən çıxarmağa onları heç kəs məcbur edə bilməz.
BAKI, 10 may — Sputnik. İrəvanda Nemezis abidəsinin ucaldılacağından xəbərdar idim, ancaq bu barədə Baş nazirə deməmişəm. Bunu Ermənistan Baş nazirinin müşaviri Qraçya Sarqsyan deyib.
Sarkisyan bildirib ki, "Nemezis" tarixi faktdır və bu fakt qeydə alınıb: "İndi Türkiyə bizi bu faktı dərsliklərimizdən çıxarmağa məcbur edə bilərmi? Bu sadəcə gülməlidir! Onlar ölkəmizin daxili işlərinə qarışmamalıdırlar", - deyə Sarqsyan Nemezis"lə bağlı danışarkən deyib.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan "Azadlıq" radiosuna müsahibəsində deyib ki, "Nemezis" abidəsi məsələsində qərar yanlış olub.
"Bəli, bu bizim komandadır. Bu qərarı hökumət verməyib və demokratiyanın çatışmazlıqlarından biri odur ki, hökumət və ya hökumət başçısı heç də hər şeyə, hər kəsə nəzarət etmir. Mənim fikrimi bilmək istəyirsinizsə, o zaman hesab edirəm ki, yanlış qərar verilib və bu qərarın icrası da yanlış olub", - deyə Paşinyan bildirib.
Qeyd edək ki, aprelin 25-də Ermənistanın paytaxtı İrəvan şəhərində "Nemezis" terror əməliyyatına həsr olunan abidənin açılıb. Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanda "Nemezis" terror əməliyyatına həsr olunan abidənin açılması ilə əlaqədar bəyanatında bildirilib ki, bu abidənin Ermənistanın aidiyyəti dövlət qurumlarının icazəsi və təsdiqi ilə hazırlanması, habelə açılış mərasimində hakim partiyanın üzvü olan Ermənistan merinin müavini və digər rəsmilərin də iştirak etməsi Ermənistan tərəfindən terrorçuluq siyasətinin təşviq olunması və tarix boyu həyata keçirdiyi terror əməllərinin təbliğatıdır.