SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyan Ermənistanın mövqeyini Rusiya XİN-in xüsusi nümayəndəsinə təqdim edib

© AFP 2024 / YEVGENY BIYATOVNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 10.05.2023
Abunə olmaq
Həmsöhbətlər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, regional nəqliyyat infrastrukturunun açılması məsələlərini də müzakirə ediblər.
BAKI, 10 may — Sputnik. İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan və ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri, Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayev arasında görüş keçirilib. Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı Rusiya sülhməramlı qüvvələrinin müvvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ iqtisadi rayonundakı vəziyyət, eləcə də Laçın dəhlizinin ilə bağlı məsələlər müzakirə edilib.
Həmsöhbətlər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, regional nəqliyyat infrastrukturunun açılması məsələlərini də müzakirə ediblər.
Paşinyan Ermənistan tərəfinin mövcud əsas problemlərin həlli ilə bağlı yanaşmalarını təqdim edib.
Sonuncu dəfə Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının təşviqi üzrə xüsusi nümayəndəsi İqor Xovayev 2023-cü ilin fevralında Ermənistanda olub. Daha sonra o, Ermənistanın siyasi rəhbərliyi ilə bir sıra məsləhətləşmələr aparıb.
Xəbər lenti
0