CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşədi Dadaş məscidinə bir neçə imamın təyin edilməsi nəzərdə tutulub

© Sputnik / Murad OrujovMübariz Qurbanlı, arxiv şəkli
Mübariz Qurbanlı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.05.2023
Abunə olmaq
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri bəzi imamların istefasına münasibət bildirib.
BAKI, 10 may — Sputnik. Bakıda yerləşən Məşədi Dadaş məscidinə, ola bilsin, bir neçə imam təyin olunsun.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, Məşədi Dadaş məscidinə imam təyinatı həyata keçirilərkən qanunun tələblərinə əməl edilib.
"Orada Məşədi Dadaş icmasının üzvləri ilə görüş keçirmişik, eyni zamanda, rəhmətlik Hacı Şahinə köməklik edənləri də dəvət etmişik, görüşüb söhbətlər aparmışıq. Məşədi Dadaş məscidinə təyin olunan imam da ali təhsilli, tanınmış, eyni zamanda, yeni cameədə nüfuzu olan şəxslərdəndir. 10 ilə qədər Bakı İslam Universitetində müəllim işləmiş, həmçinin bir neçə məsciddə imamlığı yerinə yetirmiş tanınmış din xadimimizdir. Bu seçim də köçürmə yolu ilə olub. Qanuna görə, dini ayinləri icra edən imam mütləq imtahandan keçməlidir. Əli Şərbətov də həm imtahandan keçib, həm uzun müddətlik imamlıq təcrübəsi var. Əli Şərbətova qədər imamlıq vəzifəsini icra edən şəxs də imtahan verəcək və müsahibədən keçə bilsə, təyin olunacaq. Hesab edirik ki, Məşədi Dadaş məscidində ola bilsin bir neçə imam təyin olunsun. Qadın dini ayin icraçısı da ali təhsilidir və o da bu günlərdə fəaliyyətini davam etdirəcək", - deyə o qeyd edib.
O bildirib ki, şeyxülislam Allahşükür Paşazadənin verdiyi fətva bütün məscidlərimizdə yerinə yetirilməlidir. Bu zaman pozuntular olursa, bununla bağlı müvafiq tədbirlər görülür.
M.Qurbanlı bildirib ki, bir-iki məscidin imamı istefa verib: “Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsində şeyxülislamın, Qazılar Şurasının çıxartdığı fətvaları kimsə pozursa, aydın məsələdir ki, o adam Azərbaycandakı dini mühitlə bağlı doğru addım atmır. Bu zaman özü səhvini başa düşürsə, ola bilsin, istefa verir”.
Qeyd edək ki, Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli martın 2-də ürəktutmasından vəfat edib.
Xəbər lenti
0