Ulu öndər Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 20.01.2023
Heydər Əliyev ili

İlham Əliyev: Heydər Əliyevin qoyduğu yolla bu gün Azərbaycan uğurla gedir

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciəti
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciəti
 - Sputnik Azərbaycan, 1920, 10.05.2023
Abunə olmaq
Prezident qeyd edib ki, daxili və xarici düşmənlər də başa düşürdülər ki, Azərbaycan artıq inkişaf yoluna qədəm qoyub. Onlar öz çirkin əməllərindən əl çəkmək fikrində deyildilər.
BAKI, 10 may — Sputnik. "Heydər Əliyevə göstərilən inam Azərbaycan xalqının müdrikliyini bir daha göstərdi".
Bu fikri Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində söyləyib.
Heydər Əliyevin 1993-cü ilin oktyabrında böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildiyini xatırladan dövlətimizin başçısı bildirib ki, bundan sonra dərhal ciddi islahatlara başlanıldı, siyasi sahədə islahatlar aparıldı, bütün azadlıqlar təmin edildi. AXC-Müsavat cütlüyü tərəfindən tətbiq edilmiş antidemokratik senzura qaydaları ləğv edildi. Azərbaycan dünyaya açıldı, beynəlxalq təcridə son qoyuldu.
O bildirib ki, sabitlik inkişaf üçün, təhlükəsizlik üçün əsas şərtdir. Hər kəs bunu Azərbaycanın timsalında əyani şəkildə gördü ki, sabitlik olan yerdə əmin-amanlıq da var, inkişaf da var.
Sabitlik üçün güclü liderin lazım olduğunu bildirən dövlətimizin başçısı qeyd edib: "Azərbaycan xalqı Heydər Əliyevin simasında güclü Lideri seçərək, öz taleyini ona etibar etdi və yanılmadı. Azərbaycan xalqı müdrik xalqdır, dəfələrlə ən çətin anlarda, ən çətin dövrlərdə yeganə düzgün müdrik qərar qəbul edib".
Prezident qeyd edib ki, daxili və xarici düşmənlər də başa düşürdülər ki, Azərbaycan artıq inkişaf yoluna qədəm qoyub. Onlar öz çirkin əməllərindən əl çəkmək fikrində deyildilər.
"Əsrin kontraktı" imzalanandan iki həftə sonra Azərbaycanda dövlət çevrilişinə cəhd edildiyini bildirən dövlətimizin başçısı deyib: "Yenə də Heydər Əliyev amili, xalqın ona inamı bu cəhdin qarşısını aldı. Yüz mindən çox insan Azadlıq meydanına toplaşaraq öz Liderinə dəstəyini göstərdi və hərbi çevrilişdə əli olan ünsürlər pərən-pərən oldular".
O bildirib ki, Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi misilsiz xidmətləri var. Məhz onun qoyduğu yolla bu gün Azərbaycan uğurla gedir.
Milli-mənəvi dəyərlərin qorunmasında, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində Ulu Öndərin çox böyük rolunun olduğunu vurğulayan Prezident qeyd edib: "Məhz onun təşəbbüsü ilə 1996-cı ildə Azərbaycanda birinci Gənclər Forumu keçirilib. O vaxtdan bu günə qədər müntəzəm olaraq Gənclər Forumu keçirilir. Qarabağı, Zəngəzuru azad edən məhz gənclər olmuşdur, o vaxtkı gənclər və son 20 il ərzində yetişmiş gənclər".
Prezident İlham Əliyev  - Sputnik Azərbaycan, 1920, 10.05.2023
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
Xəbər lenti
0