https://sputnik.az/20230510/ermenistandaki-metsamor-aes-fealiyyetini-dayandirdi-454697463.html
Ermənistandakı Metsamor AES fəaliyyətini dayandırdı
Ermənistandakı Metsamor AES fəaliyyətini dayandırdı
Sputnik Azərbaycan
Mart ayında Ermənistan hökuməti blokun istismar müddətini 2036-cı ilə qədər uzatmaq qərarına gəlib. 10.05.2023, Sputnik Azərbaycan
2023-05-10T15:10+0400
2023-05-10T15:10+0400
2023-05-10T15:10+0400
aes
dünya xəbərləri
ermənistan
metsamor
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1f/444546249_0:160:3072:1888_1920x0_80_0_0_d2ac4e3b26f00886a4ecd5fc479add15.jpg
BAKI, 10 may — Sputnik. Ermənistanın Metsamor Atom Elektrik Stansiyası 75 günlük planlı təmir üçün bağlanıb. Bu barədə AES-in saytında məlumat yayılıb. Məlumatda bildirilir ki, işlərə nüvənin tam boşaldılması ilə reaktorun orta təmiri, əsas sirkulyasiya nasoslarının, buxar generatorlarının əsaslı təmiri, turbogeneratorların və buxar turbinlərinin təmiri, bəzi təhlükəsizlik sistemlərinin modernləşdirilməsi, soyutma sisteminin dəyişdirilməsi daxildir. Stansiyanın enerji blokunun işə salınması iyulun 18-nə planlaşdırılır. Ermənistan AES 1980-ci ildə istifadəyə verilib. Stansiyanın iki enerji bloku birinci nəsil sovet VVER-440 reaktorları ilə təchiz edilib. İlk blok fəaliyyətini 1989-cu ildən dayandırıb. İkinci aqreqat bu yaxınlarda təkmilləşdirilib, onun istismar müddəti 2026-cı ilə qədər uzadılıb. Mart ayında Ermənistan hökuməti blokun istismar müddətini 2036-cı ilə qədər uzatmaq qərarına gəlib. Stansiyanın fəaliyyətinin yeni uzadılması layihəsi 150 milyon dollar dəyərində qiymətləndirilir. Atom elektrik stansiyası Ermənistanda istehsal olunan bütün elektrik enerjisinin 45%-ə qədərini əhatə edir. Stansiya üçün yanacaq təchizatçısı Rusiyanın TVEL şirkətidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1f/444546249_171:0:2902:2048_1920x0_80_0_0_e414799267a15b3c0b8abface6df6dd2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
aes, ermənistan, metsamor, rusiya
aes, ermənistan, metsamor, rusiya
Ermənistandakı Metsamor AES fəaliyyətini dayandırdı
Mart ayında Ermənistan hökuməti blokun istismar müddətini 2036-cı ilə qədər uzatmaq qərarına gəlib.
BAKI, 10 may — Sputnik. Ermənistanın Metsamor Atom Elektrik Stansiyası 75 günlük planlı təmir üçün bağlanıb. Bu barədə AES-in saytında məlumat yayılıb.
Məlumatda bildirilir ki, işlərə nüvənin tam boşaldılması ilə reaktorun orta təmiri, əsas sirkulyasiya nasoslarının, buxar generatorlarının əsaslı təmiri, turbogeneratorların və buxar turbinlərinin təmiri, bəzi təhlükəsizlik sistemlərinin modernləşdirilməsi, soyutma sisteminin dəyişdirilməsi daxildir.
Stansiyanın enerji blokunun işə salınması iyulun 18-nə planlaşdırılır.
Ermənistan AES 1980-ci ildə istifadəyə verilib. Stansiyanın iki enerji bloku birinci nəsil sovet VVER-440 reaktorları ilə təchiz edilib. İlk blok fəaliyyətini 1989-cu ildən dayandırıb. İkinci aqreqat bu yaxınlarda təkmilləşdirilib, onun istismar müddəti 2026-cı ilə qədər uzadılıb. Mart ayında Ermənistan hökuməti blokun istismar müddətini 2036-cı ilə qədər uzatmaq qərarına gəlib. Stansiyanın fəaliyyətinin yeni uzadılması layihəsi 150 milyon dollar dəyərində qiymətləndirilir.
Atom elektrik stansiyası Ermənistanda istehsal olunan bütün elektrik enerjisinin 45%-ə qədərini əhatə edir. Stansiya üçün yanacaq təchizatçısı Rusiyanın TVEL şirkətidir.