CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bahar Muradova idman zalında 7 yaşlı uşağın öldürülməsinə münasibət bildirib

© Sputnik / Anar MustafayevBahar Muradova
Bahar Muradova - Sputnik Azərbaycan, 1920, 10.05.2023
Abunə olmaq
Komitə sədri hesab edir ki, uşaqlara xidmət göstərilən bütün sahələrdə müvafiq monitorinqlərin aparılması işi təşkil edilməlidir.
BAKI, 10 may — Sputnik. "Sumqayıtda 7 yaşlı uşağın idman zalında ölməsi ilə bağlı məsələ Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin nəzarətindədir".
Bunu Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, dərhal bu məsələ ilə məşğul olublar.
"Bu, qəbuledilməz və ağlasığmaz hərəkətdir. Aidiyyəti qurumlar müvafiq işləri aparırlar. Oradakı bəzi məqamlarla bağlı fikir söyləyə bilmərik. Heç söylənilməsi də məqsədəuyğun deyil. Düşünürəm ki, uşaqlara xidmət göstərilən bütün sahələrdə müvafiq monitorinqlərin aparılması işini təşkil etməliyik. Hazırda da bu işlə məşğuluq", - B.Muradova söyləyib.
Sumqayıtda azyaşlının ölümü ilə bağlı cinayət işi başlanıb
Qeyd edək ki, aprelin 29-u 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt şəhər prokurorluğundan verilən məlumata görə, ilkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində cüdo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
Xəbər lenti
0