https://sputnik.az/20230510/azerbaycan-esrin-kontraktina-1-manat-vesait-qoymayib-amma-75-faiz-gelir-goturur-454691628.html
Azərbaycan "Əsrin kontraktı"na 1 manat vəsait qoymayıb, amma 75 faiz gəlir götürür
Azərbaycan "Əsrin kontraktı"na 1 manat vəsait qoymayıb, amma 75 faiz gəlir götürür
Sputnik Azərbaycan
İlham Əliyev deyib ki, bu gün "Əsrin kontraktı"nın icrasında işləyən insanların 90 faizi Azərbaycan vətəndaşlarıdır. 10.05.2023, Sputnik Azərbaycan
2023-05-10T14:40+0400
2023-05-10T14:40+0400
2023-05-10T15:04+0400
prezident ilham əliyev
heydər əliyev ili
"əsrin müqaviləsi"
https://cdnn1.img.sputnik.az/img/41097/07/410970727_0:0:3648:2052_1920x0_80_0_0_e9065e7e6ceea08a476025f75cd7c286.jpg
BAKI, 10 may — Sputnik. "Bu gün Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərindən birinə çevrilib". Bunu Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində deyib. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizinə dair çox böyük və mötəbər beynəlxalq konfrans keçirildiyini xatırladan dövlətimizin başçısı bildirib: "Məhz o illərdə bu gün "Orta Dəhliz" dediyimiz layihənin bünövrəsi qoyuldu – Avropa-Qafqaz-Asiya. Yəni, bu dəhlizin Azərbaycan ərazisindən keçməsi o illərdə şərtləndirildi". O bildirib ki, Heydər Əliyev neft strategiyası bu gün imkan verir ki, biz inkişaf edək, imkan verir ki, biz Qarabağı, Zəngəzuru yenidən quraq. "1994-cü ildə "Əsrin kontraktı", 1996-cı ildə "Şahdəniz" qaz-kondensat yatağı üzrə imzalanmış kontrakt bizim bugünkü iqtisadi qüdrətimizi şərtləndirən əsas amildir", - deyən dövlətimizin başçısı əlavə edib ki, bu gün Azərbaycan qazı nə qədər böyük önəm daşıyır, bunu hər kəs görür. Prezident qeyd edib ki, 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin kontraktı" növbəti bir dönüş nöqtəsi idi. İndi Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin 75 faizi bu gün bizim iqtisadiyyatımızı gücləndirir. Dövlətimizin başçısı deyib ki, Azərbaycan dövləti "Əsrin kontraktı"nın icrasına bir manat vəsait qoymayıb. Ancaq mənfəət neftinin 75 faizi Azərbaycana gəlir. Bu gün xarici şirkətlərlə aparılan neft-qaz əməliyyatları çərçivəsində minlərlə milli kadr yetişib. Bu gün "Əsrin kontraktı"nın icrasında işləyən insanların 90 faizi Azərbaycan vətəndaşlarıdır.
https://sputnik.az/20230510/azerbaycan-prezidenti-lham-eliyevin-muracieti-olacaq-454686718.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41097/07/410970727_0:0:3648:2736_1920x0_80_0_0_4e7bd01e677612fa11c1236015c5388f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, "əsrin müqaviləsi"
prezident ilham əliyev, "əsrin müqaviləsi"
Azərbaycan "Əsrin kontraktı"na 1 manat vəsait qoymayıb, amma 75 faiz gəlir götürür
14:40 10.05.2023 (Yenilənib: 15:04 10.05.2023) İlham Əliyev deyib ki, bu gün "Əsrin kontraktı"nın icrasında işləyən insanların 90 faizi Azərbaycan vətəndaşlarıdır.
BAKI, 10 may — Sputnik. "Bu gün Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərindən birinə çevrilib".
Bunu Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində deyib.
Məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizinə dair çox böyük və mötəbər beynəlxalq konfrans keçirildiyini xatırladan dövlətimizin başçısı bildirib: "Məhz o illərdə bu gün "Orta Dəhliz" dediyimiz layihənin bünövrəsi qoyuldu – Avropa-Qafqaz-Asiya. Yəni, bu dəhlizin Azərbaycan ərazisindən keçməsi o illərdə şərtləndirildi".
O bildirib ki, Heydər Əliyev neft strategiyası bu gün imkan verir ki, biz inkişaf edək, imkan verir ki, biz Qarabağı, Zəngəzuru yenidən quraq.
"1994-cü ildə "Əsrin kontraktı", 1996-cı ildə "Şahdəniz" qaz-kondensat yatağı üzrə imzalanmış kontrakt bizim bugünkü iqtisadi qüdrətimizi şərtləndirən əsas amildir", - deyən dövlətimizin başçısı əlavə edib ki, bu gün Azərbaycan qazı nə qədər böyük önəm daşıyır, bunu hər kəs görür.
Prezident qeyd edib ki, 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin kontraktı" növbəti bir dönüş nöqtəsi idi. İndi Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin 75 faizi bu gün bizim iqtisadiyyatımızı gücləndirir.
Dövlətimizin başçısı deyib ki, Azərbaycan dövləti "Əsrin kontraktı"nın icrasına bir manat vəsait qoymayıb. Ancaq mənfəət neftinin 75 faizi Azərbaycana gəlir. Bu gün xarici şirkətlərlə aparılan neft-qaz əməliyyatları çərçivəsində minlərlə milli kadr yetişib. Bu gün "Əsrin kontraktı"nın icrasında işləyən insanların 90 faizi Azərbaycan vətəndaşlarıdır.