CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azad edilmiş ərazilərdə məscidlərin bərpası ilə bağlı xüsusi proqram tərtib olunub

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidAğdamda Cümə məscidi, arxiv şəkli
Ağdamda Cümə məscidi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.05.2023
Abunə olmaq
Bütün bu məscidlərin tikintisi və bərpası başa çatdırıldıqdan, qayıdış prosesi yekunlaşdıqdan sonra o yerlərə də din xadimlərinin təyinatı həyata keçiriləcək.
BAKI, 10 may — Sputnik. "İşğaldan azad edilmiş ərazilərdə məscid tikintiləri və abidələrin bərpası işi aparılır".
Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O, bu məsələnin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqəti mərkəzində olduğunu deyib. "Bununla bağlı xüsusi proqram tərtib olunub. İşlər plana uyğun həyata keçirilir. Əsas fikir məscidlərin əvvəlki tarixi görkəminə uyğun bərpa edilməsinə veriilir. Bütün bu məscidlərin tikintisi və bərpası başa çatdırıldıqdan, qayıdış prosesi yekunlaşdıqdan sonra o yerlərə də din xadimlərinin təyinatı həyata keçiriləcək", - deyə M.Qurbanlı qeyd edib.
Xatırladaq ki, 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilib. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanıb və İkinci Qarabağ müharibəsinə çevrilib.
Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilib. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilib.
2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilib.
Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi bitdikdən sonra Vətən müharibəsinin başladığı günü "Anım Günü" kimi qeyd etmək barədə Sərəncam verib.
Xəbər lenti
0