https://sputnik.az/20230510/abs-in-vasiteciliyi-ile-ermenistan-danisiqlar-masasina-qayitdi---ceyhun-bayramov-454693396.html
ABŞ-ın vasitəçiliyi ilə Ermənistan danışıqlar masasına qayıtdı - Ceyhun Bayramov
ABŞ-ın vasitəçiliyi ilə Ermənistan danışıqlar masasına qayıtdı - Ceyhun Bayramov
Sputnik Azərbaycan
Azərbaycan XİN rəhbəri bildirib ki, ABŞ-ın vasitəçiliyi ilə Ermənistan tərəfi danışıqlar masasına qayıtdı və 4 günlük müzakirələr oldu. 10.05.2023, Sputnik Azərbaycan
2023-05-10T17:10+0400
2023-05-10T17:10+0400
2023-05-10T17:10+0400
ceyhun bayramov
siyasət
entoni blinken
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452230553_0:0:3071:1727_1920x0_80_0_0_0c027752e6668bd7d46f8cbf7712c731.jpg
BAKI, 10 may — Sputnik. "ABŞ-da baş tutan görüşlərin əsas mənası Sülh müqaviləsi ətrafında aparılan danışıqlardır". Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, Sülh müqaviləsi ilə bağlı təşəbbüslər Azərbaycan tərəfindən səsləndirilib: "Hələ 2021-ci ildə Prezident İlham Əliyev ilk dəfə səsləndirib. 2022-ci ilin fevral ayında Azərbaycan 5 baza prinsipini irəli sürmüşdü, nəhayət 2022-ci ilin oktyabrında sülh müqaviləsi üzrə danışıqlara başlanılmışdı. Həmin danışıqlar da məhz Azərbaycanın ilkin təqdim etdiyi genişlənmiş baza prinsipləri ətrafında başlanılmışdı. Daha sonra noyabr ayında Vaşinqtonda görüşlər olub. Dekabr ayında üçüncü görüş Moskvada planlaşdırılıb. Ancaq üçüncü görüşdən Ermənistan imtina etmişdi. Həmin görüşü müxtəlif səbəblər gətirərək boykot etmişdi. Həmin vaxtlarda onlar Laçın yolu ətrafındakı məsələləri bəhanə etmişdilər. Nəticədə 6 aya yaxın müddətdə görüşlər keçirilməmişdi. ABŞ-ın vasitəçiliyi ilə Ermənistan tərəfi danışıqlar masasına qayıtdı" Nazir Vaşinqtonda keçirilən 4 günlük müzakirələrdən də bəhs edib: "Müzakirələr sülh müqaviləsi ətrafında idi. Bizim Vaşinqtonda 4 gün ərzində sülh müqaviləsi ətrafında kifayət qədər intensiv müzakirələrimiz oldu. Orada bir sıra maddələri, vacib məsələləri özündə ehtiva edir. Biz tam razılaşma barədə deyə bilmərik, tərəflərin mövqeləri arasında kifayət qədər fərqlər var, ancaq bu danışıqlarda sülh müqaviləsi üzrə bəlli maddələrdə razılaşmalar əldə edildi. Biz bir addım da irəli getdik. Biz bu prosesə realist yanaşmalıyıq. Bir görüşdə bütün məsələlərin razılaşdırılmasI əlbəttə ki yaxşı olardı. Biz bunu arzulayardıq, lakin biz buna hələ ki hazır deyilik. Azərbaycan sülh prosesinə sadiqliyini daim nümayiş etdirir". Qeyd edək ki, 1-4 may 2023-cü il tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb. Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452230553_171:0:2900:2047_1920x0_80_0_0_4d12b9d8b9915b20b1df750de3663e03.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ceyhun bayramov, entoni blinken, ermənistan
ceyhun bayramov, entoni blinken, ermənistan
ABŞ-ın vasitəçiliyi ilə Ermənistan danışıqlar masasına qayıtdı - Ceyhun Bayramov
Azərbaycan XİN rəhbəri bildirib ki, ABŞ-ın vasitəçiliyi ilə Ermənistan tərəfi danışıqlar masasına qayıtdı və 4 günlük müzakirələr oldu.
BAKI, 10 may — Sputnik. "ABŞ-da baş tutan görüşlərin əsas mənası Sülh müqaviləsi ətrafında aparılan danışıqlardır".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Sülh müqaviləsi ilə bağlı təşəbbüslər Azərbaycan tərəfindən səsləndirilib:
"Hələ 2021-ci ildə Prezident İlham Əliyev ilk dəfə səsləndirib. 2022-ci ilin fevral ayında Azərbaycan 5 baza prinsipini irəli sürmüşdü, nəhayət 2022-ci ilin oktyabrında sülh müqaviləsi üzrə danışıqlara başlanılmışdı. Həmin danışıqlar da məhz Azərbaycanın ilkin təqdim etdiyi genişlənmiş baza prinsipləri ətrafında başlanılmışdı. Daha sonra noyabr ayında Vaşinqtonda görüşlər olub. Dekabr ayında üçüncü görüş Moskvada planlaşdırılıb. Ancaq üçüncü görüşdən Ermənistan imtina etmişdi. Həmin görüşü müxtəlif səbəblər gətirərək boykot etmişdi. Həmin vaxtlarda onlar Laçın yolu ətrafındakı məsələləri bəhanə etmişdilər. Nəticədə 6 aya yaxın müddətdə görüşlər keçirilməmişdi. ABŞ-ın vasitəçiliyi ilə Ermənistan tərəfi danışıqlar masasına qayıtdı"
Nazir Vaşinqtonda keçirilən 4 günlük müzakirələrdən də bəhs edib:
"Müzakirələr sülh müqaviləsi ətrafında idi. Bizim Vaşinqtonda 4 gün ərzində sülh müqaviləsi ətrafında kifayət qədər intensiv müzakirələrimiz oldu. Orada bir sıra maddələri, vacib məsələləri özündə ehtiva edir. Biz tam razılaşma barədə deyə bilmərik, tərəflərin mövqeləri arasında kifayət qədər fərqlər var, ancaq bu danışıqlarda sülh müqaviləsi üzrə bəlli maddələrdə razılaşmalar əldə edildi. Biz bir addım da irəli getdik. Biz bu prosesə realist yanaşmalıyıq. Bir görüşdə bütün məsələlərin razılaşdırılmasI əlbəttə ki yaxşı olardı. Biz bunu arzulayardıq, lakin biz buna hələ ki hazır deyilik. Azərbaycan sülh prosesinə sadiqliyini daim nümayiş etdirir".
Qeyd edək ki, 1-4 may 2023-cü il tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb. Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.