CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Faşizm üzərində qələbənin memarlarının xatirəsinə "Gözlə məni" şeirini səsləndirdilər

© Sputnik / Murad OrujovƏlində şam tutmuş adam, arxiv şəkli
Əlində şam tutmuş adam, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.05.2023
Abunə olmaq
Sputnik Azərbaycan"ın əməkdaşları həlak olmuş qəhrəmanların xatirəsinə rus-sovet şairi Konstantin Simonovun "Gözlə məni" şeirini Azərbaycan dilində səsləndiriblər. Daha ətraflı, videoçarxda.
BAKI, 9 may - Sputnik. Faşizm üzərində Qələbənin 78-ci ildönümü münasibətilə "Sputnik Azərbaycan"ın əməkdaşları həlak olmuş qəhrəmanların xatirəsinə rus-sovet şairi Konstantin Simonovun "Gözlə məni" şeirini Azərbaycan dilində səsləndiriblər.
İkinci Dünya Müharibəsi illərində Azərbaycandan cəbhəyə 600 min döyüşçü yollanıb ki, bunun da 40 mini könüllü idi.
Onların yarıdan çoxu həlak olub və ya itkin düşüb.
Azərbaycanlı döyüşçülərdən yaradılmış 77, 223, 271, 402 və 416-cı diviziyalar cəbhə xəttində döyüşüb.
Döyüşlərdə Azərbaycandan olan əsgərlər misilsiz qəhrəmanlıq göstəribər – 121 nəfər Sovet İttifaqı Qəhrəmanı adına, 34 nəfər "Şöhrət" ordeninin hər üç dərəcəsinə layiq görülüblər.
Həzi Aslanovun, Qafur Məmmədovun, Mehdi Hüseynzadənin və başqalarının şərəfli hünərləri onlara minnətdar olan övladlarının yaddaşında əbədi olaraq qalacaq.
"Sputnik Azərbaycan" xəbər agentliyinin kollektivi Yer kürəsinin faşistlərdən azad edilməsi uğrunda həlak olan bütün döyüşçülərin xatirəsini ehtiramla yad edir.
Xatırladaq ki, "Sputnik Azərbaycan"ın əməkdaşları görkəmli Azərbaycan şairi, SSRİ Dövlət Mükafatı laureatı Məmməd Rahimin “Tək məzar” şeirini də rus dilində səsləndiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0