Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Faşizm üzərində Qələbədə Azərbaycanın rolu

Abunə olmaq
Cəbiş müəllim Böyük Vətən Müharibəsi illərində Azərbaycanın faşizm üzərində ümumi Qələbəyə verdiyi töhfələrdən danışır.
Azərbaycan Böyük Vətən Müharibəsinin ilk günlərindən faşist işğalçılarına qarşı mübarizəyə qoşulub. 1941-1945-ci illərdə Azərbaycandan 600 mindən çox insan Qızıl Orduya çağırılıb. Respublika sakinlərindən təşkil olunmuş diviziyalar Qafqazdan Berlinə qədər şərəfli hərbi yol keçərək, Ukraynanın, Belorusiyanın, Baltikyanı ölkələrin və Şərqi Avropanın azad edilməsində iştirak ediblər.
Almaniyanın təcavüzkar planlarında Azərbaycan xüsusi yer tuturdu. Azərbaycanın təbii sərvətləri, xüsusilə neft ehtiyatları, Şərqlə Qərb arasında strateji baxımdan əlverişli yerləşməsi nasistlərin diqqətini cəlb edirdi.
Hələ müharibə başlamazdan əvvəl Azərbaycan SSR neft və neft məhsullarının əsas tədarükçüsü, neft sənayesi mütəxəssislərinin emalatxanası, neft avadanlıqları istehsalçısı idi. Artıq müharibə illərində Bakı yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü olaraq qalırdı, ölkə yanacağının 80%-ə qədəri burada istehsal olunurdu. Təəccüblü deyil ki, müharibənin nəticəsi daha çox Bakı neftçilərinin qəhrəmanlıq əməyindən asılı idi.
Beləliklə, Azərbaycan xalqı düşmən üzərində ümumi Qələbə işinə çox böyük töhfə verdi və Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsi insanların qəlbində əbədi yaşayacaqdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0