Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ərdoğan Bakı və Aşqabadla gömrük əməkdaşlığına dair memorandumu təsdiqləyib

© AP Photo / Turkish PresidencyTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.05.2023
Abunə olmaq
Müvafiq qərar Türkiyə hökumətinin rəsmi qəzetində “Resmi Gazete”də dərc olunub.
BAKI, 9 may - Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan, Türkiyə və Türkmənistan hökumətləri arasında gömrük sahəsində əməkdaşlıq üzrə birgə məşvərət komissiyasının yaradılması haqqında Anlaşma Memorandumu” təsdiqləyib. Müvafiq qərar Türkiyə hökumətinin rəsmi orqanı olan “Resmi Gazete”də dərc olunub.
Sənəd tərəflər tərəfindən gömrük əməkdaşlığı üzrə birgə məşvərət komissiyasının yaradılmasını, bu sahədə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi məqsədilə məlumat mübadiləsini nəzərdə tutur.
Qeyd edək ki, aprelin 27-də memorandumu Azərbaycan prezidenti İlham Əliyev də təsdiqləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0