Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Tariximizin bu səhifəsini qorumalı, onun təhrif olunmasına yol verməməliyik - Səfir

© Sputnik / Murad OrujovQələbə günü Bakıda ictimaiyyət nümayəndələri, veteranlar və diplomatlar “Qardaşlıq məzarı” abidə kompleksini ziyarət ediblər.
Qələbə günü Bakıda ictimaiyyət nümayəndələri, veteranlar və diplomatlar “Qardaşlıq məzarı” abidə kompleksini ziyarət ediblər. - Sputnik Azərbaycan, 1920, 09.05.2023
Abunə olmaq
Mayın 9-da Bakıda Böyük Vətən müharibəsində həlak olan əsgərlərin xatirəsi anılıb.
BAKI, 9 may - Sputnik. Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və MDB ölkələrinin diplomatik nümayəndəliklərinin rəhbərləri çərşənbə axşamı Bakının Nərimanov rayonunda hərbi şöhrət abidəsi önünə gül dəstələri qoyublar. Bu barədə TASS xəbər verir.
Diplomatlar, eləcə də Azərbaycan paytaxtı ictimaiyyətinin nümayəndələri 1941-1945-ci illərdə Bakı xəstəxanalarında yaralarından həlak olmuş əsgər və zabitlərin xatirəsini ehtiramla yad ediblər.

“Böyük Vətən Müharibəsindəki qələbə bəşəriyyət tarixində və yaddaşımızda çox dərin iz buraxıb. Bu, tariximizin səhifəsidir ki, biz onu nəinki qoruyub saxlamalı, hətta onun təhrif olunmasına da yol verməməliyik”, - deyə Rusiya səfiri mərasimdə bildirib.

Onun sözlərinə görə, bu il Azərbaycanda Qələbə Gününün qeyd edilməsinin qarşıdan gələn 10 May, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə birləşdirilməsi çox rəmzidir.

"Azərbaycanda Qələbə Gününün qeyd olunmasını bərpa edən o olub”, - deyə Boçarnikov qeyd edib.

Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov faşizm üzərində Qələbədə xalqlar dostluğunun böyük rol oynadığını vurğulayıb.
O, tarixin təhrif edilməsinin, faşizmin tərənnüm edilməsinin, Qələbənin əldə edilməsində Sovet İttifaqının və sovet əsgərinin rolunun aşağılanmasının yolverilməzliyini qeyd edib.
Memorialda “Ölməz alay” düzülüb. İştirakçılardan biri Rasim Zülfiyev atası Bəyməmməd Zülfiyevin portreti ilə gəlib.
“Atam Fin müharibəsində iştirak etdi, sonra Moskvanın, Leninqradın müdafiəsində iştirak etdi, Polşanı azad etdi, Berlini aldı, müharibədən sonra daha bir il Almaniyada xidmət etdi. Onun Abşeron rayonunun Perekişkül kəndindən 170 nəfər döyüşə gedib, çoxu həlak olub”, - deyə aksiya iştirakçısı bildirib.
Zülfiyev əlavə edib ki, o, hər il “Ölməz alay” aksiyasında iştirak edir, Moskvada da yürüşün iştirakçısı olub:

"İnanıram ki, atam kimi milyonlarla döyüşçünün xatirəsi əbədi yaşamalıdır”.

Böyük Vətən Müharibəsi cəbhələrində 700 minə yaxın azərbaycanlı döyüşmüş, onların yarıdan çoxu döyüş meydanında həlak olmuş, 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 14 nəfər isə “Şöhrət” ordeninin həqiqi sahibi olub.
Bundan başqa, Azərbaycan cəbhəni yanacaqla təmin etməklə Qələbəyə böyük töhfə verib.
Müharibə illərində Bakıda 130-dan çox növ silah və sursat, o cümlədən Katyuşa kimi tanınan çoxsaylı reaktiv yaylım atəşi sistemləri istehsal edilib. Bakı böyük xəstəxana bazası sayılırdı, burada 40-dan çox evakuasiya xəstəxanası fəaliyyət göstərirdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0