SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Zəngəzur dəhlizinin açılması Azərbaycanın rolunu daha da artıracaq - Ceyhun Bayramov

© Photo : MFA AzerbaijanCeyhun Bayramov Vilnüsda litvalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov Vilnüsda litvalı həmkarı ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 08.05.2023
Abunə olmaq
Xarici işlər naziri qeyd edib ki, parlamentlərarası əməkdaşlıq Aİ ilə Azərbaycan arasında əməkdaşlığın mühüm istiqamətidir.
BAKI, 8 may — Sputnik. "Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqının (Aİ) ən böyük ticarət investoru və strateji enerji tərəfdaşıdır".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 8-də Vilnüsdə litvalı həmkarı Gabrielius Landsberg ilə görüşündən sonra keçirilən brifinqdə deyib.
O qeyd edib ki, Azərbaycanın ticarət dövriyyəsinin 40 faizi Aİ-nin payına düşür.
Nazir Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın tranzit ölkə kimi rolunun daha da artacağını vurğulayıb.
Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycan ərazisindən keçən tranzit həcmi təxminən 75% artıb.
Xarici işlər naziri qeyd edib ki, parlamentlərarası əməkdaşlıq Aİ ilə Azərbaycan arasında əməkdaşlığın mühüm istiqamətidir: "Bunun üçün parlamentlərarası münasibətlər çərçivəsində dostluq qrupları arasında əlaqələrin daha da genişləndirilməsi vacib əhəmiyyətə malikdir".
C.Bayramov Vilnüsə səfəri çərçivəsində Litva ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 7-ci iclasının keçiriləcəyini xatırladıb: "Bu görüşdə biz ikitərəfli gündəliyin bir sıra mühüm məsələlərini müzakirə edəcəyik. Görüşün nəticəsi olaraq gələcək əməkdaşlığımızın praktiki istiqamətlərini müəyyən edəcək, eləcə də ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni, enerji, humanitar və sosial sahələrdə əməkdaşlığı daha da canlandıracaq protokol imzalayacağıq".
Xəbər lenti
0