https://sputnik.az/20230508/vezife-basinda-cenesi-qirilan-qazinin-son-durumu-aciqlanib-454638439.html
Vəzifə başında çənəsi qırılan qazinin son durumu açıqlanıb
Vəzifə başında çənəsi qırılan qazinin son durumu açıqlanıb
Sputnik Azərbaycan
Namiq Babayev alt çənə sümüyünün ikitərəfli sınığı diaqnozu ilə tibb müəssisəsinin üz-çənə cərrahiyyəsi şöbəsinə yerləşdirilib. Onun əməliyyatı uğurla icra... 08.05.2023, Sputnik Azərbaycan
2023-05-08T16:43+0400
2023-05-08T16:43+0400
2023-05-08T17:26+0400
qazi
cəmiyyət
kliniki tibbi mərkəz
https://cdnn1.img.sputnik.az/img/42414/77/424147783_0:0:3069:1727_1920x0_80_0_0_6998182ee278aaaa9fc420baf686da0d.jpg
BAKI, 8 may — Sputnik. Vəzifəsinin icrası zamanı hücuma məruz qalan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı Namiq Babayevin son durumu açıqlanıb. Kliniki Tibbi Mərkəzdən bildirib ki, N.Babayev alt çənə sümüyünün ikitərəfli sınığı diaqnozu ilə tibb müəssisəsinin üz-çənə cərrahiyyəsi şöbəsinə yerləşdirilib. Qeyd olunub ki, onun əməliyyatı uğurla icra olunub. Hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Xatırladaq ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə qazinin çənəsini sındıran döyüş növləri üzrə peşəkar idmançı, Vətən müharibəsi iştirakçısı Rəvan Nəbizadə 1 ay müddətinə azadlıqdan məhrum edilib. Məlumat üçün bildirək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şücaətə görə" medalları ilə təltif edilmiş qazi Namiq Babayev işinin icrası zamanı vətəndaş Rəvan Nəbizadə tərəfindən hücuma məruz qalıb. ("Report")
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42414/77/424147783_156:0:2887:2048_1920x0_80_0_0_27d19c5ea2f6790b9f7033ab4dd2e412.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qazi, kliniki tibbi mərkəz
qazi, kliniki tibbi mərkəz
Vəzifə başında çənəsi qırılan qazinin son durumu açıqlanıb
16:43 08.05.2023 (Yenilənib: 17:26 08.05.2023) Namiq Babayev alt çənə sümüyünün ikitərəfli sınığı diaqnozu ilə tibb müəssisəsinin üz-çənə cərrahiyyəsi şöbəsinə yerləşdirilib. Onun əməliyyatı uğurla icra olunub
BAKI, 8 may — Sputnik. Vəzifəsinin icrası zamanı hücuma məruz qalan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı Namiq Babayevin son durumu açıqlanıb. Kliniki Tibbi Mərkəzdən bildirib ki, N.Babayev alt çənə sümüyünün ikitərəfli sınığı diaqnozu ilə tibb müəssisəsinin üz-çənə cərrahiyyəsi şöbəsinə yerləşdirilib.
Qeyd olunub ki, onun əməliyyatı uğurla icra olunub. Hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir.
Xatırladaq ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə qazinin çənəsini sındıran döyüş növləri üzrə peşəkar idmançı, Vətən müharibəsi iştirakçısı Rəvan Nəbizadə 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Məlumat üçün bildirək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şücaətə görə" medalları ilə təltif edilmiş qazi Namiq Babayev işinin icrası zamanı vətəndaş Rəvan Nəbizadə tərəfindən hücuma məruz qalıb. ("Report")