DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tom Kruz III Karlın tacqoyma mərasimində iştirak etməyib - KİV

© AFP 2023 / JUNG YEON-JETom Kruz, arxiv şəkli
Tom Kruz, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.05.2023
Abunə olmaq
Aktyor tacqoyma mərasiminə təsadüf edən "Formula 1" Mayami Qran Prisində görünüb.
BAKI, 8 may — Sputnik. Amerikalı aktyor Tom Kruz ABŞ-da keçirilən "Formula-1" Mayami Qran-Prisində iştirak etdiyinə görə Böyük Britaniya kralı III Karlın tacqoyma mərasimində iştirakını qaçırmaq qərarına gəlib.
Bu barədə "Fox News" xəbər verir.
Məlumata görə, tacqoyma mərasiminə dəvət olunan aktyor ötən həftə Londonda baş tutan mərasimdə iştirak etməli idi. Lakin bunun əvəzinə o, Böyük Britaniyanın paytaxtında keçirilən möhtəşəm hadisəyə təsadüf edən "Formula 1" Mayami Qran Prisində görünüb.
Öz növbəsində "Sky News" telekanalı onu da qeyd edib ki, III Karlın tacqoyma mərasiminə qatıla bilməyən Kruz Britaniya monarxına əvvəlcədən yazılmış videomüraciət göndərib və bu da, bazar günü Vindzor qəsrində tacqoyma mərasimindən sonra keçirilən konsertdə nümayiş etdirilib.
"Bir pilot kimi, Əlahəzrət, siz istənilən vaxt mənim şturmanım ola bilərsiniz", - deyə amerikalı ulduz qırıcı təyyarənin sükanı arxasında əyləşərək Britaniya Kralına videomüraciətində qeyd edib.
Şənbə günü Britaniya monarxı III Karlın rəsmi olaraq Vestminster abbatlığında tacqoyma mərasimi keçirilib. Tacqoyma mərasimi İngiltərənin paytaxtında antimonarxistlərin etirazları fonunda baş tutub. Artıq Londonda "Republic" və "Just Stop Oil" hərəkatlarının fəalları da daxil olmaqla onlarla insan saxlanılıb. "Republic" antimonarxist hərəkatı tacqoyma günü 1,6 min fəalın iştirakı ilə etiraz aksiyaları keçirməyi planlaşdırıb. "Guardian" qəzetinin yazdığına görə, Britaniya monarxiyasına qarşı 2000-ə yaxın etirazçı Trafalqar meydanına toplaşıb. Ümumilikdə tacqoyma mərasiminə həsr olunmuş tədbirlər zamanı polis 50-dən çox adamı saxlayıb.
Xəbər lenti
0