https://sputnik.az/20230508/selim-muslumov-sirketlerin-evezine-45-milyon-manat-odeyib-454648690.html
Səlim Müslümov şirkətlərin əvəzinə 4,5 milyon manat ödəyib
Səlim Müslümov şirkətlərin əvəzinə 4,5 milyon manat ödəyib
Sputnik Azərbaycan
Qeyd edək ki, Səlim Müslümov bundan əvvəl dəymiş ziyanın 20 milyon manatını ödəyib. 08.05.2023, Sputnik Azərbaycan
2023-05-08T20:28+0400
2023-05-08T20:28+0400
2023-05-08T20:28+0400
səlim müslümov
cəmiyyət
məhkəmə
https://cdnn1.img.sputnik.az/img/41328/68/413286821_0:0:2000:1125_1920x0_80_0_0_967b95b4850df22ed9d3f1164c64065a.jpg
BAKI, 8 may - Sputnik. Sabiq əmək və sosial müdafiə naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasa sədrlik edən hakim Faiq Qəniyev deyib ki, Səlim Müslümov bu ay ərzində cinayət işinin ayrılmış israfetmə epizodu üzrə şirkətlərin əvəzinə dəymiş ziyanın 4 milyon 500 min manatını ödəyib.Bundan başqa, israfetmə epizodu üzrə şirkətlər tərəfindən 600 min manat ödənilib. Bu həftə ərzində istintaq orqanı tərəfindən ödəmənin mahiyyəti ilə bağlı son məlumat məhkəməyə təqdim olunacaq.Qeyd edək ki, Səlim Müslümov bundan əvvəl dəymiş ziyanın 20 milyon manatını ödəyib.Növbəti iclas mayın 15-nə təyin olunub.Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb. Səlim Müslümov cinayət işi üzrə dövlətə dəymiş ziyan 27 milyon manat hesablanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41328/68/413286821_147:0:1854:1280_1920x0_80_0_0_0430ec778533fe92f167491b3a75c360.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
səlim müslümov, məhkəmə
Səlim Müslümov şirkətlərin əvəzinə 4,5 milyon manat ödəyib
Qeyd edək ki, Səlim Müslümov bundan əvvəl dəymiş ziyanın 20 milyon manatını ödəyib.
BAKI, 8 may - Sputnik. Sabiq əmək və sosial müdafiə naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasa sədrlik edən hakim Faiq Qəniyev deyib ki, Səlim Müslümov bu ay ərzində cinayət işinin ayrılmış israfetmə epizodu üzrə şirkətlərin əvəzinə dəymiş ziyanın 4 milyon 500 min manatını ödəyib.
Bundan başqa, israfetmə epizodu üzrə şirkətlər tərəfindən 600 min manat ödənilib. Bu həftə ərzində istintaq orqanı tərəfindən ödəmənin mahiyyəti ilə bağlı son məlumat məhkəməyə təqdim olunacaq.
Qeyd edək ki, Səlim Müslümov bundan əvvəl dəymiş ziyanın 20 milyon manatını ödəyib.
Növbəti iclas mayın 15-nə təyin olunub.
Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.
Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb. Səlim Müslümov cinayət işi üzrə dövlətə dəymiş ziyan 27 milyon manat hesablanıb.