https://sputnik.az/20230508/nerimanovda-14-eded-tumbani-ogurlayan-sexsler-saxlaniliblar---vdeo-454634702.html
Nərimanovda 14 ədəd tumbanı oğurlayan şəxslər saxlanılıblar - VİDEO
Nərimanovda 14 ədəd tumbanı oğurlayan şəxslər saxlanılıblar - VİDEO
Sputnik Azərbaycan
Əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Ceyhun Mirzəyev, Eyvaz Əliyev və Elşən Həsənov tutularaq istintaqa... 08.05.2023, Sputnik Azərbaycan
2023-05-08T15:15+0400
2023-05-08T15:15+0400
2023-05-08T15:15+0400
oğru
cəmiyyət
nərimanov rpi
nərimanov rayonu
nərimanov rayon polis idarəsi
cinayət məcəlləsi
material
https://cdnn1.img.sputnik.az/img/42357/56/423575674_0:121:1921:1201_1920x0_80_0_0_efd57fc2a8a005dc22eae4b8f2b87879.jpg
BAKI, 8 may — Sputnik. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində avtomobillərin piyadalar üçün nəzərdə tutulan zonalarda qanunsuz parklanmasının qarşısının alınması məqsədilə quraşdırılan dəmir tumbaları oğurlamaqla ölkənin nəqliyyat infrastrukturuna ziyan vuran şəxslər saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Ceyhun Mirzəyev, Eyvaz Əliyev və Elşən Həsənov tutularaq istintaqa təqdim olunublar. Araşdırmalarla müəyyən edilib ki, Elşən Həsənov özünə məxsus avtomobillə tanışları Ceyhun Mirzəyev və Eyvaz Əliyevlə birlikdə gecə saatlarında insanların olmamasından istifadə edərək parka gəlməklə oradan ümumilikdə 14 ədəd dəmir tumba oğurlayıb. Dəstə üzvləri daha sonra həmin tumbaları müxtəlif ünvanlarda yerləşən əlvan metal qəbulu məntəqələrinə pul müqabilində satıblar. Qrup üzvlərinin oğurladıqları tumbaların bir qismi qeyd edilən əlvan metal qəbulu məntəqələrindən aşkar olunaraq maddi sübut qismində götürülüb. Saxlanılan şəxslərin etdikləri oğurluq cinayətləri inzibati ərazidə quraşdırılan videomüşahidə kameraları vasitəsi ilə də qeydə alınıb. Faktla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42357/56/423575674_62:0:1815:1315_1920x0_80_0_0_44eba7a12a0049b7748881c76d445045.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
oğru, nərimanov rpi, nərimanov rayonu, nərimanov rayon polis idarəsi, cinayət məcəlləsi, material
oğru, nərimanov rpi, nərimanov rayonu, nərimanov rayon polis idarəsi, cinayət məcəlləsi, material
Nərimanovda 14 ədəd tumbanı oğurlayan şəxslər saxlanılıblar - VİDEO
Əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Ceyhun Mirzəyev, Eyvaz Əliyev və Elşən Həsənov tutularaq istintaqa təqdim olunublar
BAKI, 8 may — Sputnik. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində avtomobillərin piyadalar üçün nəzərdə tutulan zonalarda qanunsuz parklanmasının qarşısının alınması məqsədilə quraşdırılan dəmir tumbaları oğurlamaqla ölkənin nəqliyyat infrastrukturuna ziyan vuran şəxslər saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Ceyhun Mirzəyev, Eyvaz Əliyev və Elşən Həsənov tutularaq istintaqa təqdim olunublar.
Araşdırmalarla müəyyən edilib ki, Elşən Həsənov özünə məxsus avtomobillə tanışları Ceyhun Mirzəyev və Eyvaz Əliyevlə birlikdə gecə saatlarında insanların olmamasından istifadə edərək parka gəlməklə oradan ümumilikdə 14 ədəd dəmir tumba oğurlayıb. Dəstə üzvləri daha sonra həmin tumbaları müxtəlif ünvanlarda yerləşən əlvan metal qəbulu məntəqələrinə pul müqabilində satıblar. Qrup üzvlərinin oğurladıqları tumbaların bir qismi qeyd edilən əlvan metal qəbulu məntəqələrindən aşkar olunaraq maddi sübut qismində götürülüb. Saxlanılan şəxslərin etdikləri oğurluq cinayətləri inzibati ərazidə quraşdırılan videomüşahidə kameraları vasitəsi ilə də qeydə alınıb.
Faktla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.