CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Küçələrdə işləyən və dilənçilik edən uşaqların sayı açıqlanıb

© AFP 2024 / KENZO TRIBOUILLARDDilənçilər, arxiv şəkli
Dilənçilər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.05.2023
Abunə olmaq
Dilənçilik hallarının qarşısının alınması məqsədilə regionlarda açıq və qapalı tipli təlim-tərbiyə müəssisələrinin yaradılması barədə Nazirlər Kabineti qarşısında vəsatət qaldırılıb
BAKI, 8 may — Sputnik. Keçən il küçələrdə işləyən və dilənçilik edən 685 uşaq aşkarlanıb. Bu, Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı"nda yer alıb.
Qeyd edilib ki, hesabat ilində uşaq əməyinin istismarının qarşısının alınması üzrə həyata keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 685 uşaq, eləcə də buna şərait yaradan 232 valideyn aşkarlanıb.
Nəticədə yerli icra hakimiyyətləri yanında komissiyalara, qəyyumluq və himayə orqanlarına 619 material göndərilib, övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 48 valideyn inzibati məsuliyyətə cəlb edilməklə polis nəzarətinə götürülüb. Aparılmış araşdırmalarla isə uşaqların kənar şəxslər tərəfindən dilənçiliyə cəlb edilməsi faktı müəyyən edilməyib.
Dilənçilik hallarının qarşısının alınması məqsədilə regionlarda açıq və qapalı tipli təlim-tərbiyə müəssisələrinin yaradılması barədə Nazirlər Kabineti qarşısında vəsatət qaldırılıb.
Qeyd edilib ki, ümumən yetkinlik yaşına çatmayanlar arasında avaralıq və dilənçilik hallarının qarşısının alınması məqsədilə regionlarda açıq və qapalı tipli təlim-tərbiyə müəssisələrinin, eləcə də sosial sığınacaqların və reabilitasiya mərkəzlərinin yaradılması barədə Nazirlər Kabineti qarşısında vəsatət qaldırılıb.
Yeri gəlmişkən, millət vəkili Elman Nəsirov bu gün ölkəmizdə dilənçiliyin formasının yaxşılaşdığını deyib.
Millət vəkili Elman Nəsirov - Sputnik Azərbaycan, 1920, 08.05.2023
CƏMİYYƏT
Millət vəkili: “Bu gün ölkəmizdə dilənçiliyin forması yaxşılaşıb"
Xəbər lenti
0