https://sputnik.az/20230508/kecen-il-mueyyen-edilen-insan-alveri-qurbanlarinin-sayi-aciqlanib-454623633.html
Keçən il müəyyən edilən insan alveri qurbanlarının sayı açıqlanıb
Keçən il müəyyən edilən insan alveri qurbanlarının sayı açıqlanıb
Sputnik Azərbaycan
Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "İnsan alverinə qarşı mübarizə üzrə... 08.05.2023, Sputnik Azərbaycan
2023-05-08T11:32+0400
2023-05-08T11:32+0400
2023-05-08T11:32+0400
insan alveri
cəmiyyət
qurban
https://cdnn1.img.sputnik.az/img/41067/50/410675046_0:0:1504:847_1920x0_80_0_0_ba8f765457eebe458df5a41e9fede295.jpg
BAKI, 8 may — Sputnik. Keçən il müəyyən edilmiş 94 (-1) insan alveri qurbanından (93 qadın, 1 kişi) 93-ü Azərbaycan Respublikasının vətəndaşı, biri əcnəbi olub. Bu, Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı"nda yer alıb. Qeyd edilib ki, əcnəbi insan alveri qurbanı - Nigeriya Federativ Respublikasının vətəndaşıdır. O, öz həmyerlisi tərəfindən Azərbaycanda istismar edilib. 94 (-1) insan alveri qurbanından 82-i cinsi istismar məqsədilə Türkiyə Respublikasına, 1-i İran İslam Respublikasına aparılmış, 9-u ölkə daxilində cinsi istismara, 2-i isə məcburi əməyə məruz qalıb. Qurbanlardan 6-sı uşaq (hamısı qadın, cinsi istismar), 16-sı 18-25 və 41-i 25-35 yaş arası, 31-i 35-dən yuxarı yaş həddində olub. Bundan başqa, insan alveri cinayətləri ilə bağlı keçən il məsuliyyətə cəlb olunan 15 şəxsdən (13-ü qadın, 2-i kişi) 12-si barədə məhkəmələr tərəfindən ittiham hökmü çıxarılıb. Qeyd edilib ki, məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış 12 (-1) nəfərdən 9-u 7 ildən 10 ilədək, bir nəfər 3 il müddətinə azadlıqdan məhrumetmə və bir nəfər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub, daha bir şəxsin cəzası himayəsində olan uşağı 14 yaşa çatanadək təxirə salınıb. Axtarışda olan 23 (-3) təqsirləndirilən şəxsdən 9-u tutulub, 14 nəfərin axtarışı davam etdirilir. Eyni zamanda, keçən il insan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bütövlükdə 204 (+2) cinayət qeydə alınıb. Qeyd edilib ki, insan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bütövlükdə 204 (+2), o cümlədən 157 (+1) insan alveri, 3 (sabit) məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə görə 44 (+1) cinayət qeydə alınıb. Həmin hüquqazidd əməllərlə əlaqədar başlanılmış cinayət işləri üzrə təqsirləndirilən qismində cəlb olunmuş 15 (+2) şəxs (13-ü qadın, 2-i kişi) məhkəmə məsuliyyətinə verilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41067/50/410675046_162:0:1450:966_1920x0_80_0_0_aa4e9a4dd490c0e624f350698863aa8f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
insan alveri, qurban
Keçən il müəyyən edilən insan alveri qurbanlarının sayı açıqlanıb
Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı"nda insan alveri qurbanlarının sayı açıqlanıb
BAKI, 8 may — Sputnik. Keçən il müəyyən edilmiş 94 (-1) insan alveri qurbanından (93 qadın, 1 kişi) 93-ü Azərbaycan Respublikasının vətəndaşı, biri əcnəbi olub.
Bu, Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı"nda yer alıb.
Qeyd edilib ki, əcnəbi insan alveri qurbanı - Nigeriya Federativ Respublikasının vətəndaşıdır. O, öz həmyerlisi tərəfindən Azərbaycanda istismar edilib.
94 (-1) insan alveri qurbanından 82-i cinsi istismar məqsədilə Türkiyə Respublikasına, 1-i İran İslam Respublikasına aparılmış, 9-u ölkə daxilində cinsi istismara, 2-i isə məcburi əməyə məruz qalıb.
Qurbanlardan 6-sı uşaq (hamısı qadın, cinsi istismar), 16-sı 18-25 və 41-i 25-35 yaş arası, 31-i 35-dən yuxarı yaş həddində olub.
Bundan başqa, insan alveri cinayətləri ilə bağlı keçən il məsuliyyətə cəlb olunan 15 şəxsdən (13-ü qadın, 2-i kişi) 12-si barədə məhkəmələr tərəfindən ittiham hökmü çıxarılıb.
Qeyd edilib ki, məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış 12 (-1) nəfərdən 9-u 7 ildən 10 ilədək, bir nəfər 3 il müddətinə azadlıqdan məhrumetmə və bir nəfər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub, daha bir şəxsin cəzası himayəsində olan uşağı 14 yaşa çatanadək təxirə salınıb.
Axtarışda olan 23 (-3) təqsirləndirilən şəxsdən 9-u tutulub, 14 nəfərin axtarışı davam etdirilir.
Eyni zamanda, keçən il insan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bütövlükdə 204 (+2) cinayət qeydə alınıb.
Qeyd edilib ki, insan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bütövlükdə 204 (+2), o cümlədən 157 (+1) insan alveri, 3 (sabit) məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə görə 44 (+1) cinayət qeydə alınıb.
Həmin hüquqazidd əməllərlə əlaqədar başlanılmış cinayət işləri üzrə təqsirləndirilən qismində cəlb olunmuş 15 (+2) şəxs (13-ü qadın, 2-i kişi) məhkəmə məsuliyyətinə verilib.