https://sputnik.az/20230508/en-aktiv-hakerler-hazirda-mdb-yaxin-serq-ve-asiya-olkelerine-hucum-edirler---ekspert-454642163.html
Ən aktiv hakerlər hazırda MDB, Yaxın Şərq və Asiya ölkələrinə hücum edirlər - ekspert
Ən aktiv hakerlər hazırda MDB, Yaxın Şərq və Asiya ölkələrinə hücum edirlər - ekspert
Sputnik Azərbaycan
Köhnəlmiş Windows 7 əməliyyat sistemi ilə işləyən qurğular Rusiya və Qazaxıstanda fəal şəkildə istifadə olunmağa davam edir ki, bu da onları hakerlər... 08.05.2023, Sputnik Azərbaycan
2023-05-08T22:53+0400
2023-05-08T22:53+0400
2023-05-08T22:53+0400
haker
cəmiyyət
ekspert
kiber
kiber hücum
kiber hücüm
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427888259_0:440:2856:2047_1920x0_80_0_0_306a53f491175ae61c625e2e714467f6.jpg
BAKI, 8 may — Sputnik. Cari ildə ən çox kiberhücumlar geosiyasi münaqişələrin baş verdiyi regionlarda, ilk növbədə Yaxın Şərq, Asiya, Şərqi Avropa və Şimali Afrikada, eləcə də bir sıra MDB ölkələrində, o cümlədən Rusiyada qeydə alınıb. Bu barədə RİA Novosti-yə "Kaspersky" Laboratoriyasının əməkdaşı Amin Hasbini bildirib. "Biz geosiyasi münaqişələrin baş verdiyi regionlarda çoxlu kiberhücumların şahidi oluruq. Çoxlu məqsədyönlü hücumlar Asiya, Şərqi Avropa, Şimali Afrika, Yaxın Şərqdə qeydə alınır. Bu ölkələr arasında Özbəkistan, Qazaxıstan, Belarus və Türkiyə var. Rusiya da bu sıradadır və kiberhücumların sayına görə birinci yerdədir", - ekspert deyib. Hasbini qeyd edib ki, kiberhücumların xüsusiyyətləri ölkədən asılı olaraq dəyişir: "Məsələn, köhnəlmiş Windows 7 əməliyyat sistemi ilə işləyən qurğular Rusiya və Qazaxıstanda fəal şəkildə istifadə olunmağa davam edir ki, bu da onları hakerlər qarşısında zəif edir. Yaxın Şərqdə, Afrikada və Türkiyədə şirkət fırıldaqçılarının maliyyə məlumatlarını oğurlamaq üçün istifadəçini linki tıklamağa və onu izləməyə inandırmağa çalışdıqları çoxlu fişinq hücumları qeyd alınır". Onun sözlərinə görə, ölkələrin hakimiyyət orqanları digər məsələlərlə yanaşı, süni intellektdən də istifadə etməklə təşəbbüskar olmağa çalışır, lakin müqavimət çoxvektorlu olmalıdır. "Biz həm istifadəçilər, həm də şirkətlərlə işləməli, texniki alətlər tətbiq etməli, qaydalar çıxarmalı və insanların kibersavadlılığını artırmalıyıq. Pandemiya zamanı insanlara şübhəli linklərə klikləməmək və İnternetdə təhlükəsiz davranışın digər əsasları öyrədilib", - Hasbini bildirib. Eyni zamanda, o, sahədən asılı olaraq hər bir müəssisənin kibertəhlükəsizliyin təmin edilməsi üçün xüsusi qaydalara malik olmasını vurğulayıb. "Həm uzaqdan işləyən işçiləri, həm də iş prosesinin özünü, istehsalı qorumaq lazımdır. Bank, sənaye müəssisəsi və ya su təchizatı müəssisəsi onların xüsusiyyətləri nəzərə alınmaqla qorunmalıdır, vahid universal yanaşma yoxdur", - Hasbini fikirlərini yekunlaşdırıb. Xatırladaq ki, Türkiyənin 450 hökumət saytına kiber hücum edilib. Türkiyə təhlükəsizlik qüvvələrinin həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kiber hücumlarda iştirak etməkdə şübhəli bilinən 42 şəxs saxlanılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427888259_110:0:2839:2047_1920x0_80_0_0_f4bfbce331135c5c725c6d7ef47a7a4e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
haker, ekspert, kiber, kiber hücum, kiber hücüm
haker, ekspert, kiber, kiber hücum, kiber hücüm
Ən aktiv hakerlər hazırda MDB, Yaxın Şərq və Asiya ölkələrinə hücum edirlər - ekspert
Köhnəlmiş Windows 7 əməliyyat sistemi ilə işləyən qurğular Rusiya və Qazaxıstanda fəal şəkildə istifadə olunmağa davam edir ki, bu da onları hakerlər qarşısında zəif edir.
BAKI, 8 may — Sputnik. Cari ildə ən çox kiberhücumlar geosiyasi münaqişələrin baş verdiyi regionlarda, ilk növbədə Yaxın Şərq, Asiya, Şərqi Avropa və Şimali Afrikada, eləcə də bir sıra MDB ölkələrində, o cümlədən Rusiyada qeydə alınıb. Bu barədə RİA Novosti-yə "Kaspersky" Laboratoriyasının əməkdaşı Amin Hasbini bildirib.
"Biz geosiyasi münaqişələrin baş verdiyi regionlarda çoxlu kiberhücumların şahidi oluruq. Çoxlu məqsədyönlü hücumlar Asiya, Şərqi Avropa, Şimali Afrika, Yaxın Şərqdə qeydə alınır. Bu ölkələr arasında Özbəkistan, Qazaxıstan, Belarus və Türkiyə var. Rusiya da bu sıradadır və kiberhücumların sayına görə birinci yerdədir", - ekspert deyib.
Hasbini qeyd edib ki, kiberhücumların xüsusiyyətləri ölkədən asılı olaraq dəyişir: "Məsələn, köhnəlmiş Windows 7 əməliyyat sistemi ilə işləyən qurğular Rusiya və Qazaxıstanda fəal şəkildə istifadə olunmağa davam edir ki, bu da onları hakerlər qarşısında zəif edir. Yaxın Şərqdə, Afrikada və Türkiyədə şirkət fırıldaqçılarının maliyyə məlumatlarını oğurlamaq üçün istifadəçini linki tıklamağa və onu izləməyə inandırmağa çalışdıqları çoxlu fişinq hücumları qeyd alınır".
Onun sözlərinə görə, ölkələrin hakimiyyət orqanları digər məsələlərlə yanaşı, süni intellektdən də istifadə etməklə təşəbbüskar olmağa çalışır, lakin müqavimət çoxvektorlu olmalıdır.
"Biz həm istifadəçilər, həm də şirkətlərlə işləməli, texniki alətlər tətbiq etməli, qaydalar çıxarmalı və insanların kibersavadlılığını artırmalıyıq. Pandemiya zamanı insanlara şübhəli linklərə klikləməmək və İnternetdə təhlükəsiz davranışın digər əsasları öyrədilib", - Hasbini bildirib.
Eyni zamanda, o, sahədən asılı olaraq hər bir müəssisənin kibertəhlükəsizliyin təmin edilməsi üçün xüsusi qaydalara malik olmasını vurğulayıb.
"Həm uzaqdan işləyən işçiləri, həm də iş prosesinin özünü, istehsalı qorumaq lazımdır. Bank, sənaye müəssisəsi və ya su təchizatı müəssisəsi onların xüsusiyyətləri nəzərə alınmaqla qorunmalıdır, vahid universal yanaşma yoxdur", - Hasbini fikirlərini yekunlaşdırıb.
Xatırladaq ki, Türkiyənin 450 hökumət saytına kiber hücum edilib. Türkiyə təhlükəsizlik qüvvələrinin həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kiber hücumlarda iştirak etməkdə şübhəli bilinən 42 şəxs saxlanılıb.