https://sputnik.az/20230508/brahim-kalin-turkiyenin-ukrayna-ile-bagli-hell-plani-yoxdur-454627478.html
İbrahim Kalın: Türkiyənin Ukrayna ilə bağlı həll planı yoxdur
İbrahim Kalın: Türkiyənin Ukrayna ilə bağlı həll planı yoxdur
Sputnik Azərbaycan
Türkiyə prezidentinin sözçüsünün fikrincə, təklif olunan variantı plan adlandırmaq olmaz. 08.05.2023, Sputnik Azərbaycan
2023-05-08T19:09+0400
2023-05-08T19:09+0400
2023-05-08T19:09+0400
ibrahim kalın
dünya xəbərləri
türkiyə
ukrayna
abş
https://cdnn1.img.sputnik.az/img/42208/76/422087659_0:320:3071:2048_1920x0_80_0_0_165c7e4d2961be4a0a82829ca016062f.jpg
BAKI, 8 may — Sputnik. Türkiyənin Ukrayna böhranının həlli ilə bağlı planı yoxdur, lakin Ankara münaqişənin həlli üçün öz "perspektivini" təklif edib. Bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın "Habertürk" telekanalına verdiyi müsahibəsində deyib. Eyni zamanda, siyasətçinin fikrincə, təklif olunan variantı plan adlandırmaq olmaz. Siyasətçinin sözlərinə görə, münaqişə əvvəlcə "tükənmə müharibəsi" adlandırılıb. "Lakin bu qiymətləndirmə yalan olub. Rusiya hələ də hərbi və iqtisadi gücə malikdir", - RİA Novosti İbrahim Kalının sözlərini sitat gətirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 7-də bildirib ki, Ukraynada münaqişənin nizamlanması üzrə danışıqlar yalnız Rusiyanın maraqlarının nəzərə alınması əsasında aparıla bilər. Ukrayna Prezidenti Vladimir Zelenski Çin Prezidenti Si Cinpinlə telefon danışığından sonra Kiyevin sülhə nail olmaq üçün ərazi kompromislərinə getməyəcəyini bildirib. Ukraynada nə baş verir? Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42208/76/422087659_340:0:3071:2048_1920x0_80_0_0_9dfe3d75e67eb286859e0b2f588393e0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ibrahim kalın, türkiyə, ukrayna, abş
ibrahim kalın, türkiyə, ukrayna, abş
İbrahim Kalın: Türkiyənin Ukrayna ilə bağlı həll planı yoxdur
Türkiyə prezidentinin sözçüsünün fikrincə, təklif olunan variantı plan adlandırmaq olmaz.
BAKI, 8 may — Sputnik. Türkiyənin Ukrayna böhranının həlli ilə bağlı planı yoxdur, lakin Ankara münaqişənin həlli üçün öz "perspektivini" təklif edib.
Bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın "Habertürk" telekanalına verdiyi müsahibəsində deyib.
Eyni zamanda, siyasətçinin fikrincə, təklif olunan variantı plan adlandırmaq olmaz.
Siyasətçinin sözlərinə görə, münaqişə əvvəlcə "tükənmə müharibəsi" adlandırılıb.
"Lakin bu qiymətləndirmə yalan olub. Rusiya hələ də hərbi və iqtisadi gücə malikdir", - RİA Novosti İbrahim Kalının sözlərini sitat gətirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 7-də bildirib ki, Ukraynada münaqişənin nizamlanması üzrə danışıqlar yalnız Rusiyanın maraqlarının nəzərə alınması əsasında aparıla bilər.
Ukrayna Prezidenti Vladimir Zelenski Çin Prezidenti Si Cinpinlə telefon danışığından sonra Kiyevin sülhə nail olmaq üçün ərazi kompromislərinə getməyəcəyini bildirib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.