https://sputnik.az/20230508/bas-prokurorluq-cerrahin-qetli-ile-bagli-melumat-yayib-454637900.html
Baş Prokurorluq cərrahın qətli ilə bağlı məlumat yayıb
Baş Prokurorluq cərrahın qətli ilə bağlı məlumat yayıb
Sputnik Azərbaycan
Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən, ibtidai araşdırma məlumatları jurnalistlər tərəfindən yalnız ibtidai istintaqı aparan orqan və ya... 08.05.2023, Sputnik Azərbaycan
2023-05-08T16:10+0400
2023-05-08T16:10+0400
2023-05-08T16:14+0400
baş prokurorluq
cəmiyyət
cərrah
qətl
qətl hadisəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426168652_0:145:3071:1872_1920x0_80_0_0_5cbe44cf56423c3972ad2a873f11a548.jpg
BAKI, 8 may — Sputnik. Baş Prokurorluq məşhur plastik cərrah Türkan Gündüzün qətli ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda deyilir: "Mayın 7-si Türkan Gündüzün öldürülməsinə dair Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və iş üzrə zərərçəkmişin əri, Türkiyə vətəndaşı Muhammet Gündüz saxlanılaraq həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Təəssüflə bildiririk, media haqqında qanunun 14.1.8-ci maddəsinə əsasən, şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılması yolverilməz hesab edilməsinə baxmayaraq, bəzi media subyektləri və jurnalistlər tərəfindən qanunvericilyin tələbləri kobud şəkildə pozularaq zərərçəkmiş və təqsirləndirilənin şəxsi və ailə həyatına dair müxtəlif məzmunlu məlumatlar ictimailəşdirilib. Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən, ibtidai araşdırma məlumatları jurnalistlər tərəfindən yalnız ibtidai istintaqı aparan orqan və ya məhkəmənin icazəsi ilə yayılmalı olduğu halda qeyd olunan tələblərə əməl edilməyib. Odur ki, media subyektləri və sosial şəbəkə istifadəçilərindən qeyd olunan məsələyə həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, dəqiqləşdirilməmiş və təhrif olumuş məlumatların ictimailəşməsindən çəkinməyi xahiş edirik".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426168652_192:0:2880:2016_1920x0_80_0_0_55e8dd37532529873f71d513656a569f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
baş prokurorluq, cərrah, qətl, qətl hadisəsi
baş prokurorluq, cərrah, qətl, qətl hadisəsi
Baş Prokurorluq cərrahın qətli ilə bağlı məlumat yayıb
16:10 08.05.2023 (Yenilənib: 16:14 08.05.2023) Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən, ibtidai araşdırma məlumatları jurnalistlər tərəfindən yalnız ibtidai istintaqı aparan orqan və ya məhkəmənin icazəsi ilə yayılmalı olduğu halda qeyd olunan tələblərə əməl edilməyib.
BAKI, 8 may — Sputnik. Baş Prokurorluq məşhur plastik cərrah Türkan Gündüzün qətli ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda deyilir:
"Mayın 7-si Türkan Gündüzün öldürülməsinə dair Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və iş üzrə zərərçəkmişin əri, Türkiyə vətəndaşı Muhammet Gündüz saxlanılaraq həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Təəssüflə bildiririk, media haqqında qanunun 14.1.8-ci maddəsinə əsasən, şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılması yolverilməz hesab edilməsinə baxmayaraq, bəzi media subyektləri və jurnalistlər tərəfindən qanunvericilyin tələbləri kobud şəkildə pozularaq zərərçəkmiş və təqsirləndirilənin şəxsi və ailə həyatına dair müxtəlif məzmunlu məlumatlar ictimailəşdirilib.
Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən, ibtidai araşdırma məlumatları jurnalistlər tərəfindən yalnız ibtidai istintaqı aparan orqan və ya məhkəmənin icazəsi ilə yayılmalı olduğu halda qeyd olunan tələblərə əməl edilməyib.
Odur ki, media subyektləri və sosial şəbəkə istifadəçilərindən qeyd olunan məsələyə həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, dəqiqləşdirilməmiş və təhrif olumuş məlumatların ictimailəşməsindən çəkinməyi xahiş edirik".