https://sputnik.az/20230508/azerbaycana-nepaldan-ve-caddan-gelenlerin-sayi-artib-454638304.html
Azərbaycana Nepaldan və Çaddan gələnlərin sayı artıb
Azərbaycana Nepaldan və Çaddan gələnlərin sayı artıb
Sputnik Azərbaycan
Ötən ay gəlmə sayına görə, Rusiya (47 054), Türkiyə (30 236), İran (10 677), Hindistan (10 433) və Gürcüstan (8 136) ilk beşlikdə yer alıb. 08.05.2023, Sputnik Azərbaycan
2023-05-08T15:51+0400
2023-05-08T15:51+0400
2023-05-08T16:03+0400
nepal
azərbaycan xəbərləri
çad
kamboca
https://cdnn1.img.sputnik.az/img/42262/26/422622650_0:116:1875:1171_1920x0_80_0_0_b2c8b686820be5c085d8bb8aa66a2ec3.jpg
BAKI, 8 may — Sputnik. Ötən ay ölkəyə 154 233 nəfər gəlib. Dövlət Turizm Agentliyi xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 83 faiz çox olub. Belə ki, ötən ilin aprelində ölkəyə 84 402 nəfər səfər edib. Bu ilin 4 ayı ərzində isə ölkəyə gələnlərin sayı 523 305 nəfər təşkil edib. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə (330 479 nəfər) 58 faiz çox olub. Ötən ay gəlmə sayına görə, Rusiya (47 054), Türkiyə (30 236), İran (10 677), Hindistan (10 433) və Gürcüstan (8 136) ilk beşlikdə yer alıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 4 ayında gəlmə sayına görə ən çox artım Cənubi Asiya (210 %), Mərkəzi Asiya (175 %), Şimal Şərqi Asiya (289 %), Cənub Şərqi Asiyanın (149 %) payına düşüb. Ayrı-ayrılıqda ölkələrə nəzər saldıqda isə Nepaldan gələnlərin sayı ödən ilin müvafiq dövrü ilə müqayisədə 1781 faiz artıb. Belə ki, ötən ilin ilk 4 ayında Nepaldan ölkəmizə 43 nəfər gəlmişdisə, bu ilin müvafiq dövründə onların sayı 809 nəfər təşkil edib. Həmçinin Çaddan gələnlər 800, Kubadan və Mavrikidən gələnlər 700, Eritreyadan gələnlər 600, Kambocadan gələnlər 567, Salvadordan gələnlər 500, Qvatemaladan gələnlər 400 faiz artıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42262/26/422622650_207:0:1875:1251_1920x0_80_0_0_905c4d16278aac8a209d06a259542fbf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nepal, çad, kamboca
Azərbaycana Nepaldan və Çaddan gələnlərin sayı artıb
15:51 08.05.2023 (Yenilənib: 16:03 08.05.2023) Ötən ay gəlmə sayına görə, Rusiya (47 054), Türkiyə (30 236), İran (10 677), Hindistan (10 433) və Gürcüstan (8 136) ilk beşlikdə yer alıb.
BAKI, 8 may — Sputnik. Ötən ay ölkəyə 154 233 nəfər gəlib.
Dövlət Turizm Agentliyi xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 83 faiz çox olub. Belə ki, ötən ilin aprelində ölkəyə 84 402 nəfər səfər edib.
Bu ilin 4 ayı ərzində isə ölkəyə gələnlərin sayı 523 305 nəfər təşkil edib. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə (330 479 nəfər) 58 faiz çox olub.
Ötən ay gəlmə sayına görə, Rusiya (47 054), Türkiyə (30 236), İran (10 677), Hindistan (10 433) və Gürcüstan (8 136) ilk beşlikdə yer alıb.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 4 ayında gəlmə sayına görə ən çox artım Cənubi Asiya (210 %), Mərkəzi Asiya (175 %), Şimal Şərqi Asiya (289 %), Cənub Şərqi Asiyanın (149 %) payına düşüb.
Ayrı-ayrılıqda ölkələrə nəzər saldıqda isə Nepaldan gələnlərin sayı ödən ilin müvafiq dövrü ilə müqayisədə 1781 faiz artıb. Belə ki, ötən ilin ilk 4 ayında Nepaldan ölkəmizə 43 nəfər gəlmişdisə, bu ilin müvafiq dövründə onların sayı 809 nəfər təşkil edib. Həmçinin Çaddan gələnlər 800, Kubadan və Mavrikidən gələnlər 700, Eritreyadan gələnlər 600, Kambocadan gələnlər 567, Salvadordan gələnlər 500, Qvatemaladan gələnlər 400 faiz artıb.