Ulu öndər Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 20.01.2023
Heydər Əliyev ili

Azərbaycan tarixində qəbul edilmiş ən böyük əfv aktının icrası mayın 10-dək davam edəcək

© Sputnik / Murad OrujovAzərbaycanda cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası, 3 dekabr 2021-ci il
Azərbaycanda cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası, 3 dekabr 2021-ci il - Sputnik Azərbaycan, 1920, 08.05.2023
Abunə olmaq
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə qəbul edilmiş Əfv Sərəncamının may ayının 10-dək icra olunması planlaşdırılır
BAKI, 8 may — Sputnik. Müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizin tarixində əlamətdar hadisə olduğunu vurğulayaraq, Ulu Öndərin əbədiyaşar əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək, onun bəşəri amallara, qanunçuluq və ədalət ideallarına söykənən zəngin mənəvi irsinə sadiq qalaraq, demokratik hüquqi dövlət quruculuğu istiqamətində fundamental islahatların həyata keçirilməsində Heydər Əliyevin misilsiz xidmətlərini, insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verdiyini xatırlayaraq, humanizm, mərhəmət və insanpərvərlik ənənələrini davam etdirərək, cəzadan azad olunacaq şəxslərin müstəqil dövlətimizin rifahına və cəmiyyətin inkişafına öz töhfəsini verəcəklərinə inanaraq, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il mayın 8-də "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında" Sərəncam imzalayıb.
Sərəncama əsasən, 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan dıgər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.
Eyni zamanda bildirilməlidir ki, əfv edilmiş məhkumlardan 14-ü əcnəbidir. Sərəncamla onlardan 12-si cəzadan tam, 2-si isə cəzanın yarı hissəsindən azad olunmuşdur. Müvafiq hökmlərə əsasən cəzadan azad olunduqdan sonra 4 xarici məhkumun Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması nəzərdə tutulur. Digər əcnəbi məhkumlar isə milliyyətcə azərbaycanlı və ya ailə üzvləri Azərbaycan Respublikasının vətəndaşı olduğundan məcburi çıxarılma onlara tətbiq edilməyəcəkdir .
Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 11 nəfər əcnəbi cəzanın çəkilməmiş hissəsindən azad ediliblər:
1.Əhmədov Vəli İsa oğlu, 1966-cı ildə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Bakı Apellyasiya Məhkəməsinin 2017-ci il 1 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.
2.Osmanov Roman Şaliko oğlu, 1983-cü ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2021-ci il 20 may tarixli hökmü ilə məhkum edilmişdir.
3.Ramazanov Kurban Vəli oğlu, 1983-cü ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2020-ci il 7 avqust tarixli hökmü ilə məhkum edilmişdir.
4.Rasulov Maqomedrasul Muxtaroviç, 1966-cı ildə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2018-ci il 29 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.
5.Zhifang Lin, 1963-cü ildə anadan olmuş, Çin Xalq Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2018-ci il 29 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.
6.Vəliyev Mehralı Kamil oğlu, 1976-cı ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2020-ci il 21 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.
7.Məsimov Şahbədin Məsim oğlu, 1957-ci ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 21 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.
8.Menglin Chen, 1988-ci ildə anadan olmuş, Çin Xalq Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2018-ci il 29 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.
9.İsmailov İsmail, 1994-cü ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2022-ci il 18 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.
10.İsayev İlham Qasım oğlu, 1981-ci ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2021-ci il 20 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.
11.Hakan Turan Serhat oğlu, 1993-cü ildə anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, Biləsuvar Rayon Məhkəməsinin 2022-ci il 23 fevral tarixli hökmü ilə məhkum edilmişdir.
Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 2 nəfər əcnəbinin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb:
1.Akhmedov Tafdıg Camal, 1958-ci ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2021-ci il 12 iyul tarixli hökmü ilə məhkum edilmişdir.
2.Yavuz Şener Süleyman oğlu, 1983-cü ildə anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, Şəmkir Rayon Məhkəməsinin 2021-ci il 14 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.
Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər əcnəbi cəzadan azad edilib:
1.Berest Marina Viktorovna, 1978-ci ildə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 21 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.
Bununla yanaşı Sərəncamla hüquq müdafiə təşkilatlarının müraciətləri əsasında 10 məhkum da cəzadan azad edilib.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə cari ilin yanvar ayından etibarən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri Komissiyasının 14 iclası keçirilmiş və həmin iclaslarda 2400-ə yaxın sənəd müzakirə olunub.
Sərəncama görə, əfv edilənlərdən 25 nəfəri qadındır. Onlardan biri əcnəbi, 24-ü isə Azərbaycan vətəndaşlarıdır.
Qeyd edilməlidir ki, bu Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır. Müqayisə üçün qeyd olunmalıdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə qəbul edilmiş 2018-ci il 24 may tarixli Əfv Sərəncamı 634 məhkuma şamil edilmişdi.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə qəbul edilmiş Əfv Sərəncamının may ayının 10-dək icra olunması planlaşdırılır.
Xəbər lenti
0