Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sabah ölkənin magistral yollarında görmə məsafəsi məhdudlaşacaq

© Sputnik / Ilham MustafayevDuman
Duman - Sputnik Azərbaycan, 1920, 07.05.2023
Abunə olmaq
Milli Hidrometeorologiya Xidməti əsasən dağlıq və dağətəyi rayonlarda duman olacağını, magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 500-800 m-dək məhdudlaşacağını bildirib.
BAKI, 7 may - Sputnik. Sabah ölkənin bəzi magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, əsasən dağlıq və dağətəyi rayonlarda gecə və səhər saatlarında arabir duman olacağı, magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 500-800 m-dək məhdudlaşacağı ehtimalı var.
Mayın 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.
Xəbər lenti
0