CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kinoteatrlarda yayımlanan filmləri bayağı adlandırmaq tamaşaçını alçaltmaqdır - Prodüser

© SputnikOrxan Mərdan
Orxan Mərdan - Sputnik Azərbaycan, 1920, 07.05.2023
Abunə olmaq
Mütəxəssisin fikrincə, kinoteatrlarda yayımlanan filmlərə senzura, qadağa qoyulsa, kino sənətinin inkişafına mane olacaq.
BAKI, 7 may — Sputnik. Kinoteatrlarda yayımlanan filmlər zaman-zaman tənqid hədəfinə tuş gəlir. Bu dəfə isə sözügedən incəsənət müəssələri Xalq artisti, kinorejissor Oqtay Mirqasımovun tənqid hədəfi olub. Belə ki, bu yaxınlarda Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər" mövzusunda Kino forumunda çıxış edən Xalq artisti, kinorejissor, ssenari müəllifi Oqtay Mirqasımov təəssüf hissi ilə qeyd edib ki, ölkədəki kinoteatrlarda, o cümlədən Nizami Kino mərkəzində xalqın zövqünü xarab edən bayağı, primitiv filmlər nümayiş olunur.

"Azərbaycan cəmiyyətinə bəzən elə filmlər təqdim olunur ki, baxdıqca xəcalət çəkirsən. Qəzəb və qorxu hissi keçirirəm. İstəmirəm belə filmlər nümayiş olunsun. Salondan çıxıb düşünürsən ki, bu ki, xəyanətdir", - deyə kinorejissor bildirib.

© Sputnik / Kamal AlmuradlıOqtay Mirqasımov
Oqtay Mirqasımov - Sputnik Azərbaycan, 1920, 06.05.2023
Oqtay Mirqasımov
Bəs görəsən, kinoteatrlarda filmlər nümayiş olunarkən nələrə diqqət edilməlidir? Ümumiyyətlə, hər hansısa bir rejissor və ya prodüser filmi kinoteatra təqdim edən zaman onun qarşısına hansı tələblər qoyulur?
"O2 Media" şirkətinin direktoru, tanınmış kinoprodüser, rejissor, ssenarist Orxan Mərdanla bu suallara cavab tapmağa çalışdıq.
"Düşünürəm ki, Oqtay müəllim kinoteatrda yayımlanan filmlərə baxmayıb. Razıyam, filmlərdə xətalar çoxdur. Amma bunu bütün filmlərə şamil etmək olmaz. Kaş Oqatay Mirqasımov və onun dövrünün sənətkarları elə edərdilər ki, bu sahədə boşluq yaranmazdı. Onların təklif etdiyi istiqamətə öyrəşərdi, izləyici zövqü formalaşardı. Biz estafeti götürəndə - hansı ki, heç bir estafet də yox idi - mövcud vəziyyətlə dünya tendensiyası ilə ayaqlaşmağa çalışmışıq", - deyə prodüser sualımızı cavablandırıb.
Orxan Mərdanın fikrincə, kinoteatrlarda yayımlanan filmlərə senzura, qadağa qoyulsa, bu, kino sənətinin inkişafına mane olacaq:

"Mədəniyyət nazirliyinin özü yayım üçün vəsiqə verir. Yayım vəsiqəsində milli-mənəvi, dini məsələlər qorunur. Bundan sonra ona izlənmə kateqoriyası verilir. Bundan o tərəfə dövlət tərəfindən filmlərə qadağa qoymaq, bu sahənin inkişafına maneə yarada bilər. Rejissor nə qədər yaxşı film çəksə, tamaşaçı daha çox gəlir. Pis filmə tamaşaçı pul verib gəlməz. Azərbaycan tamaşaçısı ilə dünya tamaşaçısı eynidir. Hətta bəzi hallarda daha zövqlü və daha qəddardır. "Kinoteatrlarda yayımlanan filmlər bayağı və primitivdir" demək Azərbaycan tamaşaçısını alçaltmaqdır. Azərbaycan tamaşaçısı heç bir bayağı filmi yüksəklərə qaldırmayıb".

© Sputnik / Murad OrujovNizami Kino Mərkəzi, arxiv şəkli
Здание центра кино Низами в Баку - Sputnik Azərbaycan, 1920, 06.05.2023
Nizami Kino Mərkəzi, arxiv şəkli
Nizami Kino Mərkəzinin mətbuat katibi Arzu Əhədova isə məsələ ilə bağlı bildirib ki, Oqtay Mirqasımov kinoteatrları deyil, rejissorları tənqid etsə, daha yaxşı olar.
"Film bizə çatana qədər müəyyən baxışlardan keçir. Biz filmə cavabdeh deyilik. Təbii ki, biz də əvvəlcə baxış keçirirk. Orada aqressiya varsa, milli, dini, siyasi məsələlər varsa, çalışırıq onları yayımlamayaq. Oqtay Mirqasımov Nizami kinoteatrın adını çəkib, çünki, ancaq bizə gəlib. Amma bizdə yayımlanan filmlər digər kinoteatrlarda da yayımlanır", - deyə mətbuat katibi bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0