Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Hadruta aparan yollarda son vəziyyət necədir?

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tuğ kəndində İnzibati Mərkəzin təməlinin qoyulması mərasimində iştirak ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tuğ kəndində İnzibati Mərkəzin təməlinin qoyulması mərasimində iştirak ediblər
 - Sputnik Azərbaycan, 1920, 07.05.2023
Abunə olmaq
AAYDA-nın Regional və yerli yollar şöbəsinin rəisi İlham Süleymanov Şükürbəyli-Cəbrayıl-Hadrut və Füzuli-Hadrut yollarının əsas parametrlərini açıqlayıb.
BAKI, 7 may - Sputnik. Ümumi uzunluğu 37.7 kilometr olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8.2 kilometrlik hissəsinin açılışı həyata keçirildi. Yol birinci texniki dərəcəyə uyğun tikilib.
Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Regional və yerli yollar şöbəsinin rəisi İlham Süleymanov bildirib.
İlham Süleymanov deyib ki, yol dörd hərəkət zolağından ibarətdir. Yolun 8.2 kilometrlik hissəsinin üzərində dörd avtobus dayanacağı, bir ədəd uzunluğu 79 metr olan körpü və 15 ədəd müxtəlif diametrli su ötürücü borular tikilib təhvil verilib.
"Yolda gördüyünüz kimi 8.2 kilometrlik hissədə son tamamlama işləri tərəfimizdən yekunlaşıb. Bundan başqa, səfər çərçivəsində bizim bir dənə də açılışını elədiyimiz Füzuli-Hadrut yolu oldu ki, onun da ümumi uzunluğu 10.2 kilometrdir. O yolda da bütün işlər yekunlaşıb. Həmin yol da birinci texniki dərəcəyə uyğun tikilib və yolun üzərində 18 paqon metr uzunluğunda körpü inşa edilib. Həmin yolun üzərində 8 ədəd müxtəlif diametrli su ötürücü boru, 7 heyvan keçidi də daxil olmaqla düzbucaqlı borular inşa edilib”, - Süleymanov bildirib.
Xatırladaq ki, mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verərkən deyib ki, 42 kilometr olan köhnə yol 2,3 kilometr qısaldılaraq 39,7 kilometrlik yeni yolla əvəzlənib. Yolun hərəkət hissəsinin eni 14,5 metr, torpaq yatağının eni isə 21,5 metrdir.
Dövlətimizin başçısının tapşırığına əsasən, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınaraq dörd hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilib. Yolun üzərindəki 6 körpünün tikintisi başa çatıb. Yol boyunca 18 avtobus dayanacağı quraşdırılıb.
Yeni avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla həmin rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək.
Qeyd edək ki, bu yol Azərbaycan Prezidentinin 2021-ci il 29 aprel tarixli Sərəncamına əsasən inşa olunur.
Xəbər lenti
0