SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Gəncədə yaşayan türklər Türkiyə prezidentinin seçkilərində fəal iştirak ediblər

© AP Photo / Markus SchreiberЛюди идут на фоне флага Турции
Люди идут на фоне флага Турции - Sputnik Azərbaycan, 1920, 07.05.2023
Abunə olmaq
Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop deyib ki, seçkilərin birinci və ikinci günündə olduğu kimi, üçüncü günündə də vətəndaşların seçkilərə marağı böyük olub.
BAKI, 7 may - Sputnik. Türkiyənin Gəncədəki Baş Konsulluğunda səsvermənin sonuncu günündə minə yaxın seçici iştirak edib.
Bunu jurnalistlərə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop bildirib.
Onun sözlərinə görə, Konsulluqda səsvermənin sonuncu günü də tam şəffaf qaydada davam edir:
"Seçkilərin birinci və ikinci günündə olduğu kimi, üçüncü günündə də vətəndaşlarımızın seçkilərə marağı böyük olub. Bu saata qədər təxmini 1 000 nəfərə yaxın seçici səsvermədə iştirak edib. Seçki qanunvericiliyə uyğun şəkildə tam demokratik şəkildə davam edir. Səsvermə saat 21:00-a başa çatacaq".
Qeyd edək ki, Türkiyə vətəndaşlarının səsverməsi üçün Azərbaycanda 15 seçki məntəqəsi yaradılıb. Onlardan 9-u Bakı, 3-ü Gəncə, 3-ü isə Naxçıvanda yerləşir. Səsvermə bütün ünvanlarda mayın 7-si saat 21:00-dək davam edəcək.
Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
Xəbər lenti
0