https://sputnik.az/20230507/etn-yoxsa-dm---abituriyentleri-daha-cox-narazi-salan-hansi-qurumdur-454561439.html
ETN, yoxsa DİM - Abituriyentləri daha çox narazı salan hansı qurumdur?
ETN, yoxsa DİM - Abituriyentləri daha çox narazı salan hansı qurumdur?
Sputnik Azərbaycan
Təhsil üzrə ekspert bildirir ki, dərsliklər sadələşdirilməli, orta məktəblərdə tədrisin keyfiyyəti artırılmalıdır. 07.05.2023, Sputnik Azərbaycan
2023-05-07T10:01+0400
2023-05-07T10:01+0400
2023-05-07T10:01+0400
abituriyent
təhsil
qəbul
imtahan
sual
dövlət imtahan mərkəzi
dim
elm və təhsil nazirliyi
https://cdnn1.img.sputnik.az/img/41531/15/415311568_1141:178:4664:2159_1920x0_80_0_0_65b5456d18e9f99012c9aeff855ad4c5.jpg
BAKI, 7 may - Sputnik. Cari ilin mart ayının 5 və 12-də 103 min abituriyentin iştirakı ilə keçirilən imtahanlarda bir abituriyent belə sualların hamısına doğru cavab verməyib. Məlum məsələdir ki, orta ümumtəhsil məktəblərində Elm və Təhsil Nazirliyi tədrisi təşkil etsə də, abituriyentlərin nəticələrini Dövlət İmtahan Mərkəzi yoxlayır. İki qurum arasında qalan abituriyentlər isə sualların çətinliyindən gileylənirlər. Hətta bəzi abituriyentlər 5 mart tarixində keçirilən buraxılış imtahanında riyaziyyat fənni üzrə istifadə olunan 83 nömrəli test tapşırığında yanlışlıqların olduğunu deyib. Bu və bu kimi bir sıra nüanslar abituriyentlər və valideynlər tərəfindən narazılıqla qarşılanır. Vəziyyətdən çıxış yolu nədədir, problem hansı qurumdan qaynaqlanır və bunun həlli üçün nələr edilməlidir? Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Dövlət İmtahan Mərkəzi Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş standartlara uyğun olaraq imtahanlar keçirir:"Dövlət tərəfindən təsdiq olunan, Elm və Təhsil Nazirliyi tərəfindən çap olunan dərsliklərdəki materiallara əsasən test tapşırıqları hazırlanır. Əslində Elm və Təhsil Nazirliyi orta ümumtəhsil məktəblərində bu suallara cavab verən, mininmum bilik və bacarıqlara malik şagird yetişdirməyə borcludur. Amma təəssüflər olsun ki, Elm və Təhsil Nazirliyi son üç ildə orta ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini çox aşağı salıb", - deyə o əlavə edib. Dərsliklər sadələşdirilməlidir K.Əsədov qeyd edir ki, narazılıqlara səbəbkar Elm və Təhsil Nazirliyidir:"Dərsliklər sadələşdirilməlidir, orta məktəblərdə tədrisin keyfiyyəti artırılmalıdır. Mütəmadi olaraq monitorinqlər aparılmalıdır. Təhsilin keyfiyyətinin artırılması üçün bir addım atılırmı? Narazılıqların olmaması üçün öncə tədrisin keyfiyyəti yüksəyə qaldırılmalıdır". Təhsil üzrə digər ekspert Elşən Qafarov bildirir ki, valideyn və abituriyentlərin haqlı narazılıqlarının qarşısını almaq, bir həll yolu tapmaq üçün illərdir ki, təkliflər verilir:Problemi necə aradan qaldırmaq olar? E.Qafarov onu da qeyd edir ki, ölkənin təhsil siyasətini həyata keçirən orqan Elm və Təhsil Nazirliyi olduğu halda DİM-in hazırladığı proqram və vəsaitlərlə təhsil müəsissələrindəki proqramların, təhsilin səviyyəsi uyğun gəlmir.Onun sözlərinə görə, hər yüz nəfər Azərbaycan gəncindən ən azı 95-i arzuladığı peşə üzrə təhsil ala bilmir. Nəticə etibarılə belə kadrlar cəmiyyətə və dövlətə yararlı ola bilmirlər. "Təklif edirik ki, DİM-in proqram, dərslik, test vəsaitləri hazırlamaq səlahiyyətləri əlindən alınsın. Təhsilin obyektiv və şəffaf olması üçün bu səlahiyyət ETN-ə də verilməsin. Bunun əvəzində Nazirlər Kabineti yanında Test Mərkəzi yaradıla bilər. Abituriyentlərin real bilik və bacarıqlarının səviyyəsini müəyyən etmək üçün ETN-nin milli qiymətləndirmə təcübəsi əsasında müxtəlif işlər aparıla bilər. Eyni zamanda DİM ilə əməkdaşlıq əsasında da müxtəlif sınaqlar keçirilə bilər. Nəticə etibarıilə imtahantestlərinə abituriyentlərin real bilik və bacarıqlarına uyğun suallar salınmalıdır. DİM sadəcə olaraq texniki bir quruma çevrilməlidir", - deyə o əlavə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41531/15/415311568_1091:149:4664:2828_1920x0_80_0_0_d3f8ebdc094727929ae8b7b63361fa7a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abituriyent, qəbul, imtahan, sual, dövlət imtahan mərkəzi, dim, elm və təhsil nazirliyi
abituriyent, qəbul, imtahan, sual, dövlət imtahan mərkəzi, dim, elm və təhsil nazirliyi
ETN, yoxsa DİM - Abituriyentləri daha çox narazı salan hansı qurumdur?
Təhsil üzrə ekspert bildirir ki, dərsliklər sadələşdirilməli, orta məktəblərdə tədrisin keyfiyyəti artırılmalıdır.
BAKI, 7 may - Sputnik. Cari ilin mart ayının 5 və 12-də 103 min abituriyentin iştirakı ilə keçirilən imtahanlarda bir abituriyent belə sualların hamısına doğru cavab verməyib.
Məlum məsələdir ki, orta ümumtəhsil məktəblərində Elm və Təhsil Nazirliyi tədrisi təşkil etsə də, abituriyentlərin nəticələrini Dövlət İmtahan Mərkəzi yoxlayır.
İki qurum arasında qalan abituriyentlər isə sualların çətinliyindən gileylənirlər. Hətta bəzi abituriyentlər 5 mart tarixində keçirilən buraxılış imtahanında riyaziyyat fənni üzrə istifadə olunan 83 nömrəli test tapşırığında yanlışlıqların olduğunu deyib. Bu və bu kimi bir sıra nüanslar abituriyentlər və valideynlər tərəfindən narazılıqla qarşılanır.
Vəziyyətdən çıxış yolu nədədir, problem hansı qurumdan qaynaqlanır və bunun həlli üçün nələr edilməlidir?
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Dövlət İmtahan Mərkəzi Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş standartlara uyğun olaraq imtahanlar keçirir:
"Martın 5 və 12-dəki buraxılış imtahanlarında 103 min şəxs iştirak edib. Onlardan bir nəfər belə təqdim olunan suallara doğru cavab verməyibsə, deməli burada əsas məsələ suallarla bağlı deyil. Bundan başqa, 2022-ci ildə 235 məktəbdən bir şagird də ali məktəbə qəbul olmayıb. Burada məsələ son illərdə orta məktəblərdə keyfiyyətin aşağı düşməsi ilə əlaqədardır. Orta məktəblərdə tədrisin səviyyəsi aşağıdır".
"Dövlət tərəfindən təsdiq olunan, Elm və Təhsil Nazirliyi tərəfindən çap olunan dərsliklərdəki materiallara əsasən test tapşırıqları hazırlanır. Əslində Elm və Təhsil Nazirliyi orta ümumtəhsil məktəblərində bu suallara cavab verən, mininmum bilik və bacarıqlara malik şagird yetişdirməyə borcludur. Amma təəssüflər olsun ki, Elm və Təhsil Nazirliyi son üç ildə orta ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini çox aşağı salıb", - deyə o əlavə edib.
Dərsliklər sadələşdirilməlidir
K.Əsədov qeyd edir ki, narazılıqlara səbəbkar Elm və Təhsil Nazirliyidir:
"Dərsliklər sadələşdirilməlidir, orta məktəblərdə tədrisin keyfiyyəti artırılmalıdır. Mütəmadi olaraq monitorinqlər aparılmalıdır. Təhsilin keyfiyyətinin artırılması üçün bir addım atılırmı? Narazılıqların olmaması üçün öncə tədrisin keyfiyyəti yüksəyə qaldırılmalıdır".
Təhsil üzrə digər ekspert Elşən Qafarov bildirir ki, valideyn və abituriyentlərin haqlı narazılıqlarının qarşısını almaq, bir həll yolu tapmaq üçün illərdir ki, təkliflər verilir:
"Bu problemin əsas kökü imtahana salınan sualların məzunların bilik və bacarıqlarının səviyyəsini əks etdirməməsidir. Repetitor yanına gedənlər güclə də olsa, bunun öhdəsindən gəlirlər".
Problemi necə aradan qaldırmaq olar?
E.Qafarov onu da qeyd edir ki, ölkənin təhsil siyasətini həyata keçirən orqan Elm və Təhsil Nazirliyi olduğu halda DİM-in hazırladığı proqram və vəsaitlərlə təhsil müəsissələrindəki proqramların, təhsilin səviyyəsi uyğun gəlmir.
Onun sözlərinə görə, hər yüz nəfər Azərbaycan gəncindən ən azı 95-i arzuladığı peşə üzrə təhsil ala bilmir. Nəticə etibarılə belə kadrlar cəmiyyətə və dövlətə yararlı ola bilmirlər.
"Təklif edirik ki, DİM-in proqram, dərslik, test vəsaitləri hazırlamaq səlahiyyətləri əlindən alınsın. Təhsilin obyektiv və şəffaf olması üçün bu səlahiyyət ETN-ə də verilməsin. Bunun əvəzində Nazirlər Kabineti yanında Test Mərkəzi yaradıla bilər. Abituriyentlərin real bilik və bacarıqlarının səviyyəsini müəyyən etmək üçün ETN-nin milli qiymətləndirmə təcübəsi əsasında müxtəlif işlər aparıla bilər. Eyni zamanda DİM ilə əməkdaşlıq əsasında da müxtəlif sınaqlar keçirilə bilər. Nəticə etibarıilə imtahantestlərinə abituriyentlərin real bilik və bacarıqlarına uyğun suallar salınmalıdır. DİM sadəcə olaraq texniki bir quruma çevrilməlidir", - deyə o əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.