Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Dünən Rusiya, bu gün Aİ: Paşinyan niyə müttəfiqlərdən və tərəfdaşlardan narazıdır?

© AFP 2024 / DMITRY ASTAKHOVNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 07.05.2023
Abunə olmaq
Ekspertin fikrincə, Ermənistan hakimiyyəti hələ də başa düşməyib ki, respublikanın təhlükəsizliyini təmin etmək məhz onun əsas vəzifəsidir.
BAKI, 7 may - Sputnik. Ermənistanın siyasi rəhbərliyi hələ də ölkənin maraqlarını formalaşdıra bilməyib, buna görə də bundan irəli gələn bütün nəticələr və məyusluqlarla xarici tərəfdaşlardan gözləntilər çox yüksəkdir.
Bunu Ermənistan politoloqu Qrant Mikayelyan Baş nazir Nikol Paşinyanın Avropa İttifaqının (Aİ) Ermənistandakı monitorinq missiyasının təhlükəsizliyə zəmanət verməməsi və əlavə çağırışlar yaratdığı barədə açıqlamasını şərh edərkən Sputnik Ermənistan-a deyib.
Maraqlıdır ki, bundan əvvəl ölkə hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Rusiya ilə bağlı narazılıqlarını bildirərək Ermənistanın tərəfdaşlarının və müttəfiqlərinin onun təhlükəsizliyini kifayət qədər təmin etmədiklərini iddia edib.
Mikayelyanın fikrincə, Ermənistan rəhbərliyi hələ başa düşməyib ki, nə KTMT kontingenti, nə də Aİ-in mülki müşahidəçiləri respublikanın təhlükəsizliyini öz təşəbbüsləri ilə təmin etməyəcəklər. Yalnız məhdud mandat və imkanlara görə deyil, həm də ona görə ki, bütün bu layihələr, ilk növbədə, onların kuratorlarının və müəlliflərinin maraqlarını müdafiə etmək üçün nəzərdə tutulub.
İstənilən missiya, hər hansı bir kontingent, ilk növbədə, öz dövlətlərinin prioritetləri əsasında fəaliyyət göstərir. Bu prioritetlərin və maraqların erməni prioritetləri ilə necə üst-üstə düşəcəyi daha çox Ermənistanın özünün rəhbərliyindən asılıdır.
"Aİ-nin mülki müşahidəçiləri öz statuslarına və imkanlarına görə həqiqətən də ölkənin təhlükəsizliyini təmin edə bilmirlər. Onlar müəyyən maneə rolunu oynayırlar, lakin regional memarlığa ciddi təsir göstərə bilmirlər. Onu da xatırlatmaq yerinə düşərdi ki, müşahidəçilər də monitorinq məlumatlarını Azərbaycanla bölüşürlər, ona görə də burada hər şey daha mürəkkəbdir", - deyə politoloq hesab edir.
Ekspert üçün əsas məsələ Ermənistanın hansı geosiyasi vektora üstünlük verməsi, kimi öz ərazisinə dəvət etməsi deyil, bu missiyaların hansı məqsədlə gəlməsidir. Əgər onlara Azərbaycan tərəfindən atəşlərin qarşısını almaq tapşırılıbsa, onda bu, apriori qeyri-real vəzifədir və erməni tərəfinin bu gözləntiləri infantilizmdən xəbər verir. Müvafiq olaraq, missiyaların rolunu və vəzifələrini düzgün və adekvat şəkildə dərk etmək üçün müəyyən bir bacarıq səviyyəsi tələb olunur.
Qəbul edən tərəf müəlliflərin niyyətini başa düşən kimi gözləntilərini və maraqlarını formalaşdıra biləcəkdir. Politoloq hesab edir ki, Ermənistan indi öz maraqlarının aydın şəkildə formalaşdırılmasına malik deyil və buna görə də rəhbərlik daimi təşvişdədir.
"Ermənistan hakimiyyəti ölkənin hərbi-siyasi maraqlarının nə olduğunu bilmir. Əgər bu barədə təsəvvürü olsaydı, o zaman KTMT-yə və ya Aİ missiyasına yanaşma daha adekvat olardı, bu xarici oyunçuların rolu konkret maraqlar prizmasından dərk edilərdi və bu mərkəzlərlə işlərin səmərəliliyi əhəmiyyətli dərəcədə artardı", - deyə Mikayelyan əminliklə bildirib.
Əgər Ermənistan hakimiyyəti təhlükəsizliyini təmin etmək vəzifəsini başqalarının öz üzərilərinə götürəcəklərini gözləyirsə, o zaman onları məyusluq gözləyir. İstənilən hökumətin əsas funksiyası kommunal ödənişlərin toplanması deyil, dövlətin və vətəndaşların təhlükəsizliyini təmin etməkdir. Digər ölkələr bu məsələdə ancaq tərəfdaş ola və hansısa yardım göstərə bilər.
Ekspertin fikrincə, Ermənistan hakimiyyəti vəziyyətində tamamilə fərqli mənzərə yaranır: rəhbərliyin özündən başqa, respublikanın təhlükəsizliyinə hamı cavabdehdir. Ancaq bunların "hamısı" özlərini heç nədə borclu hesab etmirlər və etməməlidirlər.
Politloq hesab edir ki, Ermənistanın baş nazirinin bu cür rezonanslı bəyanatlarına səbəb məhz İrəvanla tərəfdaşlar arasında yaranmış bu cür fikir ayrılıqlarıdır.
Xəbər lenti
0