CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı iki qayda təsdiq edilib

Kolbasa - Sputnik Azərbaycan, 1920, 07.05.2023
Abunə olmaq
"Qida təhlükəsizliyi haqqında" qanuna uyğun hazırlanan bu Qarda insan və heyvanın həyat və sağlamlığının qorunması məqsədilə risklərin idarə edilməsi üzrə qeyri-müəyyən subyektlər dairəsinə münasibətdə müvəqqəti tədbirlərin tətbiqini tənzimləyir.
BAKI, 7 may - Sputnik. Qida təhlükəsizliyi sahəsində həyat və sağlamlığın qorunması məqsədilə risklərin idarə edilməsi üzrə qeyri-müəyyən subyektlər dairəsinə münasibətdə həyata keçirilən müvəqqəti tədbirlərin tətbiqi qaydası təsdiq edilib.
Sputnik Azərbaycan xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, bu Qayda "Qida təhlükəsizliyi haqqında" qanuna uyğun olaraq hazırlanıb, insan və heyvanın həyat və sağlamlığının qorunması məqsədilə risklərin idarə edilməsi üzrə qeyri-müəyyən subyektlər dairəsinə münasibətdə müvəqqəti tədbirlərin (bundan sonra - müvəqqəti tədbirlər) tətbiqi ilə bağlı məsələləri tənzimləyir.
Müvəqqəti tədbirlər həyat və sağlamlığa ehtimal olunan təhlükənin qarşısının alınması üçün ölkədə mövcud tədbirlərin yetərli olmadığı və sanitar mühafizənin zəruri səviyyəsinin təmin edilməsinin mümkün olmadığı hallarda daha ətraflı risk qiymətləndirilməsinin aparılması üçün əlavə elmi məlumatların əldə edilməsinədək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra - Agentlik) tərəfindən tətbiq edilən və müvəqqəti xarakter daşıyan qabaqlayıcı tədbirlərdir.
Müvəqqəti tədbirlərin tətbiqinə əsas olmuş elmi qeyrimüəyyənliyin vaxtında aradan qaldırılması məqsədilə əlavə elmi məlumatların əldə edilməsi və bu məlumatlar əsasında risk qiymətləndirilməsinin aparılması qanuna uyğun olaraq həyata keçirilən risklərin təhlili çərçivəsində təmin edilir.
Müvəqqəti tədbirlər risklərin səviyyəsinə mütənasib olmalı, həyat və sağlamlığın qorunması məqsədilə zəruri olduğundan daha artıq həcmdə ticarət fəaliyyətini məhdudlaşdırmamalıdır. Həmin tədbirlərin tətbiqi nəzərdən keçirilərkən həyat və sağlamlığın iqtisadi maraqlardan üstün olması nəzərə alınmalı, texniki, iqtisadi imkanlar və amillər, habelə zəruri olan digər aidiyyəti hallar təhlil edilməlidir.
Müvəqqəti tədbirlərin tətbiqi aşağıdakı mərhələlərdən ibarətdir:
- qida və yem məhsullarının həyat və sağlamlığa mənfi təsiri ilə bağlı dövlət nəzarəti və tənzimlənməsi zamanı məlumat əldə olunduqda,
o cümlədən beynəlxalq təşkilatlardan, xarici dövlətlərdən, hüquqi və fiziki şəxslərdən, dövlət orqanlarından (qurumlarından) və yerli özünüidarəetmə orqanlarından rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada və ya media subyektləri tərəfindən məlumatlar dərc edildikdə və ya yayıldıqda bununla bağlı mövcud məlumatların təhlili;
- Agentlik tərəfindən müvəqqəti tədbirlərin tətbiqi ilə bağlı qərarın qəbul edilməsi;
- müvəqqəti tədbirlərin tətbiqi ilə bağlı qərarın icrasının təmin edilməsi;
- müvəqqəti tədbirlərin tətbiqi və nəticəsi barədə bu Qaydaya uyğun olaraq məlumatın verilməsi.
Agentlik tərəfindən tətbiq edilən müvəqqəti tədbirlər aşağıdakılardır:
- qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi fəaliyyətinin
məhdudlaşdırılması və ya qadağan olunması;
- qida təhlükəsizliyi sahəsində əlavə tələblərin müəyyən edilməsi;
- qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi.
Müvəqqəti tədbirlərin tətbiq edilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır:
- həyat və sağlamlığa təhlükə ehtimalı;
- mövcud təhlükə ilə bağlı risk qiymətləndirilməsinin nəticələri;
- elmi sübutların qeyri-müəyyənliyi;
- iqtisadi tənzimləməyə təsiri;
- mövcud sanitar mühafizə tədbirlərinin təhlükədən qorunmasının təmin edilməsi səviyyəsi;
- müvəqqəti tədbirlərlə yanaşı, təhlükənin qarşısının alınması üçün mövcud olan dövlət nəzarəti tədbirləri;
- tətbiq olunacaq müvəqqəti tədbirlərin mövcud təhlükəyə mütənasibliyi;
- analoji təhlükə ilə bağlı daha əvvəl tətbiq edilmiş tədbirlər;
- son elmi məlumatlar;
- müvəqqəti tədbirlərin tətbiq edilməməsi hallarının mümkün nəticələri.
Müvəqqəti tədbirlər Qanuna və "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Agentlik tərəfindən qəbul edilən qərar əsasında tətbiq edilir. Bu qərar Agentliyin rəsmi internet səhifəsində yerləşdirilir, həmçinin bu barədə aidiyyəti dövlət qurumlarına və media subyektlərinə məlumat verilir.
Həyat və sağlamlığa müəyyən olunmuş riskin xarakterindən, habelə elmi qeyri-müəyyənliyin aradan qaldırılması və daha ətraflı risk qiymətləndirilməsinin aparılması üçün zəruri olan elmi məlumatların növündən asılı olaraq müvəqqəti tədbirlər Agentliyin qərarı ilə 6 (altı) aydan çox olmayan müddətə tətbiq edilir.
Tətbiq edilən tədbirlər ağlabatan müddət ərzində, lakin hər bir halda 6 (altı) ay müddətindən gec olmayaraq yenidən nəzərdən keçirilməlidir. Mövcud təhlükə ilə bağlı risk qiymətləndirilməsinin nəticələrini və elmi qeyri-müəyyənliyin davam etməsini nəzərə alaraq, müvəqqəti tədbirlərin qüvvədəolma müddəti Agentliyin əsaslandırılmış qərarı ilə 2 (iki) dəfədən və hər dəfə 4 (dörd) aydan çox olmamaqla uzadıla bilər.
Xəbər lenti
0