https://sputnik.az/20230507/abs-dan-s-400-lerle-bagli-turkiyeye-ecaib-teklifler-454599628.html
ABŞ-dan S-400-lərlə bağlı Türkiyəyə əcaib təkliflər
ABŞ-dan S-400-lərlə bağlı Türkiyəyə əcaib təkliflər
Sputnik Azərbaycan
Türkiyənin xarici işlər nazi Mövlud Çavuşoğlu ABŞ-ın Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket kompleksləri ilə bağlı təkliflərini səsləndirib. 07.05.2023, Sputnik Azərbaycan
2023-05-07T15:21+0400
2023-05-07T15:21+0400
2023-05-07T15:53+0400
dünya xəbərləri
mövlud çavuşoğlu
türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
abş
rusiya
s-400
"s-400" raket sistemi
s-400 zenit-raket kompleksi
https://cdnn1.img.sputnik.az/img/42113/14/421131465_0:83:3347:1966_1920x0_80_0_0_04d484d7ed9ab51782040c2f093204d1.jpg
BAKI, 7 may - Sputnik. ABŞ Türkiyəyə S-400 Zenit Raket Kompleksini Ukraynaya göndərməyi təklif edib.Bu barədə Türkiyənin xarici işlər nazi Mövlud Çavuşoğlu "Haberturk" telekanalına müsahibəsində bildirib.Mövlud Çavuşoğlu deyib ki, ABŞ-ın S-400-lə əlaqədar bir neçə təklifi olub. Bunlardan biri də Rusiyadan alınan S-400 zenit-raket kompleksinin onu öyrənmək üçün ABŞ-a təqdim edilməsidir. "ABŞ S-400-ləri öyrənmək üçün onlara giriş istədi. Təklif etdilər ki, S-400-ə nəzarəti onlara verək, onu araşdırsınlar. Amma bizim üçün bu, qəbuledilməz idi, müstəqil siyasətimizə zidd idi. Hətta bizə S-400-ü Ukraynaya göndərmək də təklif olundu, bizsə bundan imtina etdik. Biz onları öz ehtiyaclarımız üçün almışıq” - Çavuşoğlu deyib. Türkiyə XİN-in başçısı ABŞ-ın bu təkliflərinin onların müstəqilliyinə müdaxilə olduğunu vurğulayıb: "Bəs bu halda bizim müstəqilliyimiz harada qaldı?".Türkiyə xarici işlər naziri həmçinin bildirib ki, Ankara bir neçə dəfə ABŞ administrasiyasından belə qeyri-adi təkliflər alıb. Amma Türkiyə güzəştə gedən olsaydı, o zaman Vaşinqtonla indiki problemləri olmazdı. Rusiya və Türkiyə arasında 2017-ci ildə S-400 kompleksi üçün 2,5 milyard dollar dəyərində ilk müqavilə bağlanıb.Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərinin ilk partiyasını alıb, lakin onun real imtiyazlar alacağı ikinci mərhələ hələ başlamayıb.Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksini alması başda ABŞ olmaqla onun NATO müttəfiqlərinin etirazına səbəb olmuşdu. ABŞ rəhbərliyi dəfələrlə bəyan edib ki, S-400 NATO silahları ilə uyğunsuzluq təşkil edir və onun əldə olunması siyasi məsələdir.Lakin Türkiyə tərəfi dəfələrlə bəyan edib ki, "S-400" zenit-raket kompleksi məsələsinin siyasi məsələ olaraq dəyərləndirilməsi yanlışdır. "S-400" hərbi ehtiyac nəticəsində əldə edilib. Türkiyə Cümhuriyyətinin təhdidlərdən qorunmaq üçün Hava Hücumundan Müdafiə (HHM) Sistemlərinə ehtiyac vardı.Türkiyə daha əvvəl ABŞ-dan "Patriot" HHM sistemləri almaq istəmiş, lakin müxtəlif bəhanələrlə rəsmi Vaşinqton bu qurğunu Ankaraya verməkdən imtina etmişdi. Türkiyə daha sonra bu ehtiyacını qarşılamaq üçün Çinə müraciət edib. ABŞ bu sövdələşmənin də baş tutmaması üçün lobbiçilik fəaliyyəti göstərib. Son nəticədə, bütün siyasi risklərə baxmayaraq, Türkiyə bu müdafiə sistemlərini Rusiyadan alıb.NATO müttəfiqləri isə Türkiyəni Rusiya ilə silah alverində ittiham edərək ona qarşı sanksiyalar qəbul ediblər.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara və Moskva arasında S-400-lərlə bağlı mühüm razılığın əldə olunduğunu bəyan edib. Belə ki, Rusiya və Türkiyə "S-400" zenit-raket komplekslərinin komponentlərinin birgə istehsalı ilə bağlı heç bir açıqlama verməmək barədə razılığa gəliblər.Bu yaxınlarda Türkiyədə NATO müttəfiqlərinin illərdir gözləyə bilmədiyi Ukraynaya hərbi yardım tədarükündən qəzəbləniblər. Bundan əlavə, 2023-cü ilin mayında Türkiyənin Daxili İşlər Nazirliyinin rəhbəri Süleyman Soylu ABŞ tərəfindən təzyiqlərə məruz qaldığını bildirib. Belə ki, Vaşinqton Türkiyədəki suriyalıların biometrik və şəxsiyyət məlumatlarını əldə etməyi planlaşdırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42113/14/421131465_309:0:3040:2048_1920x0_80_0_0_4db196f6b8446fea25e64dcc3f9fd95e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mövlud çavuşoğlu, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu, abş, rusiya, s-400, "s-400" raket sistemi, s-400 zenit-raket kompleksi
mövlud çavuşoğlu, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu, abş, rusiya, s-400, "s-400" raket sistemi, s-400 zenit-raket kompleksi
ABŞ-dan S-400-lərlə bağlı Türkiyəyə əcaib təkliflər
15:21 07.05.2023 (Yenilənib: 15:53 07.05.2023) Türkiyənin xarici işlər nazi Mövlud Çavuşoğlu ABŞ-ın Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket kompleksləri ilə bağlı təkliflərini səsləndirib.
BAKI, 7 may - Sputnik. ABŞ Türkiyəyə S-400 Zenit Raket Kompleksini Ukraynaya göndərməyi təklif edib.
Bu barədə Türkiyənin xarici işlər nazi Mövlud Çavuşoğlu "Haberturk" telekanalına müsahibəsində bildirib.
Mövlud Çavuşoğlu deyib ki, ABŞ-ın S-400-lə əlaqədar bir neçə təklifi olub. Bunlardan biri də Rusiyadan alınan S-400 zenit-raket kompleksinin onu öyrənmək üçün ABŞ-a təqdim edilməsidir.
"ABŞ S-400-ləri öyrənmək üçün onlara giriş istədi. Təklif etdilər ki, S-400-ə nəzarəti onlara verək, onu araşdırsınlar. Amma bizim üçün bu, qəbuledilməz idi, müstəqil siyasətimizə zidd idi. Hətta bizə S-400-ü Ukraynaya göndərmək də təklif olundu, bizsə bundan imtina etdik. Biz onları öz ehtiyaclarımız üçün almışıq” - Çavuşoğlu deyib.
Türkiyə XİN-in başçısı ABŞ-ın bu təkliflərinin onların müstəqilliyinə müdaxilə olduğunu vurğulayıb: "Bəs bu halda bizim müstəqilliyimiz harada qaldı?".
Türkiyə xarici işlər naziri həmçinin bildirib ki, Ankara bir neçə dəfə ABŞ administrasiyasından belə qeyri-adi təkliflər alıb. Amma Türkiyə güzəştə gedən olsaydı, o zaman Vaşinqtonla indiki problemləri olmazdı.
Rusiya və Türkiyə arasında 2017-ci ildə S-400 kompleksi üçün 2,5 milyard dollar dəyərində ilk müqavilə bağlanıb.
Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərinin ilk partiyasını alıb, lakin onun real imtiyazlar alacağı ikinci mərhələ hələ başlamayıb.
Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksini alması başda ABŞ olmaqla onun NATO müttəfiqlərinin etirazına səbəb olmuşdu. ABŞ rəhbərliyi dəfələrlə bəyan edib ki, S-400 NATO silahları ilə uyğunsuzluq təşkil edir və onun əldə olunması siyasi məsələdir.
Lakin Türkiyə tərəfi dəfələrlə bəyan edib ki, "S-400" zenit-raket kompleksi məsələsinin siyasi məsələ olaraq dəyərləndirilməsi yanlışdır. "S-400" hərbi ehtiyac nəticəsində əldə edilib. Türkiyə Cümhuriyyətinin təhdidlərdən qorunmaq üçün Hava Hücumundan Müdafiə (HHM) Sistemlərinə ehtiyac vardı.
Türkiyə daha əvvəl ABŞ-dan "Patriot" HHM sistemləri almaq istəmiş, lakin müxtəlif bəhanələrlə rəsmi Vaşinqton bu qurğunu Ankaraya verməkdən imtina etmişdi. Türkiyə daha sonra bu ehtiyacını qarşılamaq üçün Çinə müraciət edib. ABŞ bu sövdələşmənin də baş tutmaması üçün lobbiçilik fəaliyyəti göstərib. Son nəticədə, bütün siyasi risklərə baxmayaraq, Türkiyə bu müdafiə sistemlərini Rusiyadan alıb.
NATO müttəfiqləri isə Türkiyəni Rusiya ilə silah alverində ittiham edərək ona qarşı sanksiyalar qəbul ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara və Moskva arasında S-400-lərlə bağlı mühüm razılığın əldə olunduğunu bəyan edib. Belə ki, Rusiya və Türkiyə "S-400" zenit-raket komplekslərinin komponentlərinin birgə istehsalı ilə bağlı heç bir açıqlama verməmək barədə razılığa gəliblər.
Bu yaxınlarda Türkiyədə NATO müttəfiqlərinin illərdir gözləyə bilmədiyi Ukraynaya hərbi yardım tədarükündən qəzəbləniblər. Bundan əlavə, 2023-cü ilin mayında Türkiyənin Daxili İşlər Nazirliyinin rəhbəri Süleyman Soylu ABŞ tərəfindən təzyiqlərə məruz qaldığını bildirib. Belə ki, Vaşinqton Türkiyədəki suriyalıların biometrik və şəxsiyyət məlumatlarını əldə etməyi planlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.