https://sputnik.az/20230507/abs-da-ticaret-merkezinde-bas-veren-atismada-olenlerin-sayi-artib--454593328.html
ABŞ-da ticarət mərkəzində baş verən atışmada ölənlərin sayı artıb
ABŞ-da ticarət mərkəzində baş verən atışmada ölənlərin sayı artıb
Sputnik Azərbaycan
Şəhər yanğınsöndürmə xidmətinin rəisi Conatan Boyd jurnalistlərə yeddi nəfərin hadisə yerində, iki nəfərin isə xəstəxanaya aparılarkən yolda öldüyünü bildirib. 07.05.2023, Sputnik Azərbaycan
2023-05-07T11:02+0400
2023-05-07T11:02+0400
2023-05-07T11:02+0400
dünya xəbərləri
abş
atışma
ticarət
texas ştatı
https://cdnn1.img.sputnik.az/img/07e5/03/17/426528233_0:85:1620:996_1920x0_80_0_0_89eb11b79ce97334a6d271da35c1d774.jpg
BAKI, 7 may - Sputnik. ABŞ-ın Texas ştatının Allen şəhərində yerləşən ticarət mərkəzinin yaxınlığında baş verən silahlı insident nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.Şəhər yanğınsöndürmə xidmətinin rəisi Conatan Boyd jurnalistlərə yeddi nəfərin hadisə yerində, iki nəfərin isə xəstəxanaya aparılarkən yolda öldüyünü bildirib. Daha 7 nəfər güllə yarası alıb, onlardan üçünün vəziyyəti ağır, dördünün vəziyyəti stabildir.Hadisə şahidlərinin sözlərinə görə, atəş açan şəxs sadəcə, səki ilə addımlayaraq ticarət mərkəzinə tapançadan atəş açıb.Allen Polis rəisi Brayan Harvi vurğulayıb ki, hücum edən şəxs hadisə yerində olan polis tərəfindən zərərsizləşdirilib.***ABŞ-ın Texas ştatının Allen şəhərində ticarət mərkəzində atışma nəticəsində bir neçə nəfər ölüb.Bu barədə xəbəri CNN polis və yerli administrasiyanın məlumatlarına istinadən yayıb. Bildirilir ki, hadisə “Allen Premium Outlets” ticarət mərkəzində baş verib. Şahidlərdən biri binada 30-a yaxın atəş səsi eşidildiyini, bundan sonra təcili təxliyə təşkil edildiyini deyib.Hüquq-mühafizə orqanlarının ilkin məlumatlarına görə, insident zamanı 8 nəfər həlak olub, onların arasında uşaqlar da ola bilər. Qeyd edilir ki, onlardan 6-sı hadisə yerində, ikisi xəstəxanaya aparılakən ölüb. Atışma zamanı azı səkkiz nəfər yaralanıb, onlar xəstəxanaya çatdırılıb.Polis bölməsinin məlumatında bildirilir ki, kütləvi atışmada şübhəli bilinən şəxs eyni ticarət mərkəzində ölü tapılıb.***ABŞ-ın Texas ştatının Allen şəhərindəki ticarət mərkəzində atışma baş verib, bir neçə nəfər yaralanıb.ABŞ KİV-lərinin yaydığı məlumata görə, zərərçəkənlərin sağlamlıq durumu barədə məlumat verilmir.Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Polis vətəndaşlardan hadisə yerinə yaxınlaşmamağı xahiş edib. Qeyd edilir ki, atəş açan şəxs zərərsizləşdirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/17/426528233_90:0:1530:1080_1920x0_80_0_0_cc97175ed21370758ef602f01a570a86.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, atışma, ticarət, texas ştatı
abş, atışma, ticarət, texas ştatı
ABŞ-da ticarət mərkəzində baş verən atışmada ölənlərin sayı artıb
Şəhər yanğınsöndürmə xidmətinin rəisi Conatan Boyd jurnalistlərə yeddi nəfərin hadisə yerində, iki nəfərin isə xəstəxanaya aparılarkən yolda öldüyünü bildirib.
BAKI, 7 may - Sputnik. ABŞ-ın Texas ştatının Allen şəhərində yerləşən ticarət mərkəzinin yaxınlığında baş verən silahlı insident nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.
Şəhər yanğınsöndürmə xidmətinin rəisi Conatan Boyd jurnalistlərə yeddi nəfərin hadisə yerində, iki nəfərin isə xəstəxanaya aparılarkən yolda öldüyünü bildirib. Daha 7 nəfər güllə yarası alıb, onlardan üçünün vəziyyəti ağır, dördünün vəziyyəti stabildir.
Hadisə şahidlərinin sözlərinə görə, atəş açan şəxs sadəcə, səki ilə addımlayaraq ticarət mərkəzinə tapançadan atəş açıb.
Allen Polis rəisi Brayan Harvi vurğulayıb ki, hücum edən şəxs hadisə yerində olan polis tərəfindən zərərsizləşdirilib.
ABŞ-ın Texas ştatının Allen şəhərində ticarət mərkəzində atışma nəticəsində bir neçə nəfər ölüb.
Bu barədə xəbəri CNN polis və yerli administrasiyanın məlumatlarına istinadən yayıb. Bildirilir ki, hadisə “Allen Premium Outlets” ticarət mərkəzində baş verib. Şahidlərdən biri binada 30-a yaxın atəş səsi eşidildiyini, bundan sonra təcili təxliyə təşkil edildiyini deyib.
Hüquq-mühafizə orqanlarının ilkin məlumatlarına görə, insident zamanı 8 nəfər həlak olub, onların arasında uşaqlar da ola bilər. Qeyd edilir ki, onlardan 6-sı hadisə yerində, ikisi xəstəxanaya aparılakən ölüb. Atışma zamanı azı səkkiz nəfər yaralanıb, onlar xəstəxanaya çatdırılıb.
Polis bölməsinin məlumatında bildirilir ki, kütləvi atışmada şübhəli bilinən şəxs eyni ticarət mərkəzində ölü tapılıb.
ABŞ-ın Texas ştatının Allen şəhərindəki ticarət mərkəzində atışma baş verib, bir neçə nəfər yaralanıb.
ABŞ KİV-lərinin yaydığı məlumata görə, zərərçəkənlərin sağlamlıq durumu barədə məlumat verilmir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Polis vətəndaşlardan hadisə yerinə yaxınlaşmamağı xahiş edib. Qeyd edilir ki, atəş açan şəxs zərərsizləşdirilib.