CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zəngəzur dəhlizinin açılması Azərbaycanın regionda çəkisini artıracaq - Baş nazir

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidПремьер-министр Азербайджана Али Асадов, прибывший с двухдневным визитом в Москву
Премьер-министр Азербайджана Али Асадов, прибывший с двухдневным визитом в Москву - Sputnik Azərbaycan, 1920, 06.05.2023
Abunə olmaq
Hökumət başçısı 2023-cü ilin dövlət büdcəsində neftin qiymətinə dəyişiklik edilə biləcəyi məsələsini şərh edib.
BAKI, 6 may - Sputnik. "Zəngəzur dəhlizinin açılması ölkə iqtisadiyyatını inkişaf etdirməklə yanaşı, Azərbaycanın regionda çəkisini artıracaq".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur genişmiqyaslı tikinti, inşaat, quruculuq meydanına çevrilib və Böyük qayıdış proqramının gerçəkləşməsi ilə bu torpaqlarda həyat yenidən canlanmağa başlayıb:

"Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bu torpaqlardakı dini, tarixi abidələrimizin, mədəniyyət incilərimizin bərpası və yenidən qurulması sahəsində böyük layihələr həyata keçirir. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni bir hünər dastanı yazılır, şəhər və kəndlərimiz dirçəlir".

Baş nazir onu da qeyd edib ki, irimiqyaslı neft və qaz layihələri ilə yanaşı Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılması kimi möhtəşəm layihələr, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi ilə Azərbaycan dünyanın logistika və nəqliyyat mərkəzlərindən birinə çevrilib:

"Bu kontekstdə Zəngəzur dəhlizinin açılması ölkə iqtisadiyyatını inkişaf etdirməklə yanaşı, Azərbaycanın regionda çəkisini artıracaq".

Qeyd edək ki, Azərbaycan Zəngəzur dəhlizi çərçivəsində öz ərazisində lazımi infrastrukturun yaradılması ilə bağlı işləri sürətlə davam etdirir. Horadiz-Ağbənd dəmir yolunun tikintisi üzrə işlər 38%, Horadiz - Cəbrayıl - Zəngilan - Ağbənd avtomobil yolu üzrə isə 74% yerinə yetirilib. Hər iki yolun tikintisi 2024-cü ildə başa çatacaq.
Başnazir 2023-cü ilin dövlət büdcəsində neftin qiymətinə dəyişiklik edilə biləcəyini də deyib:
“Dəyişiklik edilə bilər. Hesab edirik ki, bunun üçün əsaslar var”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0