https://sputnik.az/20230506/vasinqton-gorusunun-neticelerini-hansi-aqibet-gozleyir-454552792.html
Vaşinqton görüşünün nəticələrini hansı aqibət gözləyir?
Vaşinqton görüşünün nəticələrini hansı aqibət gözləyir?
Sputnik Azərbaycan
Politoloq qeyd edib ki, Vaşinqtonun bu görüşü təşkil etməklə bölgə ilə bağlı özünün strateji maraqlarını təmin etmək istəyini nəzərə almaq lazımdır. 06.05.2023, Sputnik Azərbaycan
2023-05-06T09:31+0400
2023-05-06T09:31+0400
2023-05-06T09:41+0400
təhlil
vaşinqton
görüş
ararat mirzoyan
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
nəticə
https://cdnn1.img.sputnik.az/img/40136/71/401367136_0:201:3008:1893_1920x0_80_0_0_9a0bd5beb5d67dedfdbd4600af7bb6d0.jpg
BAKI, 6 may — Sputnik. İki gün əvvəl Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbəlrəinin ABŞ vasitəçiliyi ilə təşkil olunmuş dörd günlük danışıqları başa çatdı. Danışıqların ardınca Azərbaycan Xarici Işlər Nazirliyinin yaydığı məlumata görə, ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və onları müşayiət edən nümayəndə heyətinin üzvləri aparılan danışıqlar nəticəsində Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər. Azərbaycan istənilən tərəflə əməkdaşlığa hazırdır Vaşinqton danışıqlarını Sputnik Azərbaycan-a şərh edən politoloq Elşən Manafov bildirib ki, Azərbaycan Ermənistanla münasibətlərin nizamlanması prosesində istənilən tərəflə əməkdaşlığa hazırdır. Onun sözlərinə görə, indiyə qədər Rusiya ilə yanaşı Vaşinqton və Brüssellə aparılan danışıqlar da bunu təsdiq edir:Vaşinqton bölgə ilə bağlı özünün strateji maraqlarını təmin etmək istəyir Politoloq qeyd edib ki, Vaşinqtonun bu görüşü təşkil etməklə bölgə ilə bağlı özünün strateji maraqlarını təmin etmək istəməsini nəzərə almaq lazımdır:"Rəsmi Vaşinqton münaqişə tərəfləri arasında münasibətlərin nizama salınması prosesində Rusiyanı kənarda saxlamaq istəyir. Halbuki məhz Rusiyanın moderatorluğu ilə 2020-ci ildə müəyyən razılıqlar əldə edilib. Düzdür, Azərbaycan tərəfi ən yüksək səviyyədə bəyan etdi ki, 2020-ci ilin noyabrında imzalanmış bəyanatı atəşkəs razılaşması kimi qəbul etmək lazım deyil. Çünki bu sənədin özündə atəşkəslə yanaşı, Ermənistan tərəfinin üzərinə ötürdüyü öhdəliklər təsbit olunub. Halbuki 1994-cü ilin Bişkek protokolunda belə müddəalar yox dərəcəsində idi". Ermənistan üzərinə öhdəliklər götürüb Politoloq vurğulayıb ki, müharibəni dayandıran 2020-ci il bəyanatında Ermənistanın bölgədən qoşunlarını çıxartması, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, tərəflər arasında dövlət sərhədlərinin demarkasiyası ilə bağlı məsələlər təsbit olunub və Ermənistan bununla bağlı üzərinə öhdəliklər götürüb:"Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun Vaşinqtonda danışıqların davam etdiyi bir vaxtda "münaqişə tərəflərinin Moskva ilə birgə əldə etdiyi razılaşmaların hüquqi alternativi yoxdur" fikrini səsləndirməsi, rəsmi Kremlin mövcud danışıqlar prosesinə mövqeyini ifadə edir. Rusiya bu yolla onun regiondakı opponenti olan ABŞ-a siyasi ismarıcını çatdırır". Azərbaycan və Ermənistan Rusiya faktorunu nəzərə alırlar Politoloq qeyd edir ki, ABŞ-ın Rusiyasız bu problemi həll etmək cəhdləri səmərə verməyə bilər:Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40136/71/401367136_395:0:3008:1960_1920x0_80_0_0_1bb4819a505bd92c8fc0d094307795a4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
vaşinqton, görüş, ararat mirzoyan, ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, nəticə
vaşinqton, görüş, ararat mirzoyan, ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, nəticə
Vaşinqton görüşünün nəticələrini hansı aqibət gözləyir?
09:31 06.05.2023 (Yenilənib: 09:41 06.05.2023) Politoloq qeyd edib ki, Vaşinqtonun bu görüşü təşkil etməklə bölgə ilə bağlı özünün strateji maraqlarını təmin etmək istəyini nəzərə almaq lazımdır.
BAKI, 6 may — Sputnik. İki gün əvvəl Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbəlrəinin ABŞ vasitəçiliyi ilə təşkil olunmuş dörd günlük danışıqları başa çatdı. Danışıqların ardınca Azərbaycan Xarici Işlər Nazirliyinin yaydığı məlumata görə, ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və onları müşayiət edən nümayəndə heyətinin üzvləri aparılan danışıqlar nəticəsində Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.
Azərbaycan istənilən tərəflə əməkdaşlığa hazırdır
Vaşinqton danışıqlarını Sputnik Azərbaycan-a şərh edən politoloq Elşən Manafov bildirib ki, Azərbaycan Ermənistanla münasibətlərin nizamlanması prosesində istənilən tərəflə əməkdaşlığa hazırdır.
Onun sözlərinə görə, indiyə qədər Rusiya ilə yanaşı Vaşinqton və Brüssellə aparılan danışıqlar da bunu təsdiq edir:
"Vaşinqton danışıqları bir neçə gün çəkdi və hesab edirəm ki, Azərbaycan diplomatiyası uğura imza atdı. Diplomatik mənbələr bildirirlər ki, ilk dəfədir ki, Vaşinqtondakı danışıqlar prosesi zamanı əldə olunmuş razılıqlarda "Dağlıq Qarabağ"dakı ermənilər yerli əhali kimi deyil, etnik azlıq kimi təqdim edilir. Bu faktorun əsasında "Dağlıq Qarabağ"la bağlı danışıqlarda Azərbaycanın gələcəkdə bölgə üzərində tam nəzarətinin təmin edəcəyi qeyd olunur".
Vaşinqton bölgə ilə bağlı özünün strateji maraqlarını təmin etmək istəyir
Politoloq qeyd edib ki, Vaşinqtonun bu görüşü təşkil etməklə bölgə ilə bağlı özünün strateji maraqlarını təmin etmək istəməsini nəzərə almaq lazımdır:
"Rəsmi Vaşinqton münaqişə tərəfləri arasında münasibətlərin nizama salınması prosesində Rusiyanı kənarda saxlamaq istəyir. Halbuki məhz Rusiyanın moderatorluğu ilə 2020-ci ildə müəyyən razılıqlar əldə edilib. Düzdür, Azərbaycan tərəfi ən yüksək səviyyədə bəyan etdi ki, 2020-ci ilin noyabrında imzalanmış bəyanatı atəşkəs razılaşması kimi qəbul etmək lazım deyil. Çünki bu sənədin özündə atəşkəslə yanaşı, Ermənistan tərəfinin üzərinə ötürdüyü öhdəliklər təsbit olunub. Halbuki 1994-cü ilin Bişkek protokolunda belə müddəalar yox dərəcəsində idi".
Ermənistan üzərinə öhdəliklər götürüb
Politoloq vurğulayıb ki, müharibəni dayandıran 2020-ci il bəyanatında Ermənistanın bölgədən qoşunlarını çıxartması, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, tərəflər arasında dövlət sərhədlərinin demarkasiyası ilə bağlı məsələlər təsbit olunub və Ermənistan bununla bağlı üzərinə öhdəliklər götürüb:
"Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun Vaşinqtonda danışıqların davam etdiyi bir vaxtda "münaqişə tərəflərinin Moskva ilə birgə əldə etdiyi razılaşmaların hüquqi alternativi yoxdur" fikrini səsləndirməsi, rəsmi Kremlin mövcud danışıqlar prosesinə mövqeyini ifadə edir. Rusiya bu yolla onun regiondakı opponenti olan ABŞ-a siyasi ismarıcını çatdırır".
Azərbaycan və Ermənistan Rusiya faktorunu nəzərə alırlar
Politoloq qeyd edir ki, ABŞ-ın Rusiyasız bu problemi həll etmək cəhdləri səmərə verməyə bilər:
"Tərəflərin Vaşinqton görüşündən sonra Rusiyada keçirəcəyi görüş də göstərir ki, Azərbaycan və Ermənistan problemin həll olunmasında Rusiya faktorunu nəzərə alırlar. Burada Vaşinqtonun təkbaşına göstərdiyi səylər kifayət etməyə bilər. Güman edirik ki, Moskva danışıqlarında fərqli format və razılıqlar da əldə edilə bilər. Rusiya Azərbaycan və Qarabağ erməniləri arasındakı münasibətlərdə daha çox nizamlayıcı rol oynayır. Vaşinqton isə uzun müddət sonra münasibətlərin nizamlanması üçün belə mövqe nümayiş etdirir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.