DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ÜST dünyada COVID-19-a qarşı vaksinasiyanın səviyyəsindən narazıdır - ekspert

© AFP 2024 / MAURO PIMENTELVaksinasiya, arxiv şəkli
Vaksinasiya, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.05.2023
Abunə olmaq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ildə elan edilmiş COVID-19 qlobal pandemiya statusunu ləğv edib.
BAKI, 6 may - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya üzrə peyvəndləmə nisbətindən, xüsusən də yoxsul ölkələrdə vurulan peyvəndlərin sayından narazıdır. Bu barədə ÜST-nin COVID-19 üzrə texniki meneceri Maria van Kerxove brifinqdə bildirib.

"COVİD-ə qarşı peyvəndin əhatə dairəsi bizi qane etmir. Buna görə də biz peyvənd əhatəsini artırmaq üçün ölkələrlə çox işləyirik. Çünki təhlükə hələ keçməyib. Biz bu barədə danışmağa davam edirik”, - deyə qurum nümayəndəsi bildirib.

Van Kerxove əlavə onu da edib ki, gücləndirici dozaların əhatə dairəsinə baxdıqda, bu, aşağı gəlirli ölkələrdə 3%, orta gəlirli ölkələrdə isə 27% təşkil edir ki, bu da "çox aşağı"dır.

"Biz hələ bilmirik ki, nə qədər gücləndirici doza (COVID-19 üçün - red.) və nə qədər tez-tez lazım olacaq", - deyə ÜST eksperti bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Hallar Proqramının icraçı direktoru Mayk Rayan daha əvvəl demişdi ki, COVID-19 heç vaxt tamamilə məhv edilməyəcək.
Cümə günü Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ildə elan edilmiş COVID-19 qlobal pandemiya statusunu ləğv edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Баку за считанные часы до отмены масочного режима - Sputnik Azərbaycan, 1920, 19.04.2023
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Xəbər lenti
0